“Dağlıq Qarabağda anti-terror əməliyyatları yenə gündəmə gələcək” – Pənah Hüseyn  

Hazırda oxunan: “Dağlıq Qarabağda anti-terror əməliyyatları yenə gündəmə gələcək” – Pənah Hüseyn  

12652

“Hal hazırda məsələni öz adıyla çağırmağı öyrənmək lazımdır. İctimai rəy də bu cür qavramalıdır.

O zaman emosional dərkdən irəli gələn fəsadlar da az olar. Hazırda azərbaycanlı, rus, türk mütəxəssislər minalardan təmizləmə ilə məşğuldur.

Amma bir şeyi bilmək lazımdır ki, orada ən böyük mina qondarma Artsax respublikası adlanan təsisatdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn canlı yayımların birində səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağa görə Xocalı qatilləri ilə də görüşmüşük” – Pənah Hüseyn


Pənah Hüseyn əlavə edib ki, “nə qədər ki bu qondarma rejim təmizlənməyib, xoşxassəli olmayan törəmə kəsilib atılmasa, daim belə problemlər yaşadacaq”.

Ona görə də strateji hədəfimiz bu Artsax adlanan təhdidi aradan qaldırmaqdır. Ermənilərin Xankəndində etdikləri tədbir həm bir növ tamaşa, həm də təxribatdır. Bundan vahimələnmək lazım deyil, ancaq gözardı etmək də olmaz”.

Pənah Hüseyn sosial şəbəkələrdə qondarma rejim və rus sülhməramlılarına olan neqativ münasibətin daha da artdığını vurğuladı.

Çünki Dağlıq Qarabağda provokasiya yönümlü fəaliyyətlər Azərbaycanın böyük qələbəsinə kölgə salmaq istəyir.

Sabiq baş nazirin fikrincə, insanları ən çox hirsləndirən həmin tədbirdə rus sülhməramlılarının da iştirak etməsi olub. 

“Bu faktları Rusiya tərəfinin qarşısına qoymaq gərəkdir. Ermənistan rəsmiləri də Xankəndi təxribatını tərifləyən bəyanatlar səsləndirdi. Azərbaycan XİN-in isə İrəvana bununla bağlı etirazı oldu. Amma mən bu məsələyə Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzindən də bir reaksiya gözləyirdim. Çünki sülhün bərqərar olmasından danışırıqsa, bu cür addımlar atəşkəsə zərbədir”.

Pənah Hüseyn qeyd edib ki, bəziləri separatçılara və sülhməramlılara etirazı iqtidara qarşı çıxmaq kimi qələmə verir. Hər şeyi neqativə bağlamaq olmaz: 

“Maraqlı olan odur ki, əksər mətbu orqanlarda Qarabağda anti-terror əməliyyatlarının zərurilyindən yazmağa başlanılıb.

Fakt isə bundan ibarətdir ki, bu tip proseslərdə Rusiya sülhməramlıları öz funksiyalarını yerinə yetirməlidirlər, yeni gərginlik ocaqlarının qarşısı alınmalıdır.

Qarşısını almırlarsa, bizim hüquq mühafizə və təhlükəsizlik orqanlarının orada əməliyyatlar keçirməsinə ehtiyac var. Bu məsələ mütləq gündəmə gələcək”, - deyə Pənah Hüseyn firini tamamlayıb. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin