Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycan xalqını təbrik edib.
Bizim.Media xəbər verir ki, səfir bu barədə "Facebook" səhifəsində paylaşım edib.
“Qardaş Azərbaycan xalqını dirçəlişi və yenilənməyi, bahar hərarətinin qışın soyuğu üzərində, xeyirin şər üzərində, həyatın ölüm üzərində qələbəsini simvolizə edən Novruz bayramı münasibətilə təbrik edirik!
Bu bayramın həm də Ukrayna və mənim sarsılmaz həmvətənlərim üçün simvolik mənası var - biz mütləq rus şərinə qalib gələcəyik, işığın zülmət üzərində qələbəsini qeyd edəcəyik, Ukraynanın dostları əhatəsində ailə rahatlığı və səmimi görüşlərin xoşbəxtliyini hiss edəcəyik!”, - deyə səfir qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:56 / 19.03.2023
“Mütləq rus şərinə qalib gələcəyik” - Ukraynalı səfir
Hazırda oxunan: “Mütləq rus şərinə qalib gələcəyik” - Ukraynalı səfir
Hazırda oxunan: “Mütləq rus şərinə qalib gələcəyik” - Ukraynalı səfir
126348
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.