“Biz 44 gün ərzində döyüş meydanında Azərbaycan xalqının gücünü və yüksək mənəvi keyfiyyətlərini göstərmişdik. Bir nəfər də olsun bizim ordumuzdan qaçan olmayıb. Ermənistan ordusunda son məlumata görə 10 min yox, 11 min fərari olub”.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində bildirib.
Azərbaycan Prezidenti bir daha vurğulayıb ki, İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın:
“Yeni reallıqları hər kəs qəbul etməlidir. Bizim torpaqlarımızın 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində olmalıdır, - deyə dövlət başçısı əlavə edib.
- A-
- A
- A+
Siyasət
16:00 / 18.03.2023
Prezident: “İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın” - VİDEO
Hazırda oxunan: Prezident: “İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın” - VİDEO
Hazırda oxunan: Prezident: “İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın” - VİDEO
126243
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.