Ermənistan ATƏT-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu pisləyən qətnamənin qəbuluna mane olub.
57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Mavritaniyada keçirilmiş 49-cu sessiyası zamanı dünən qəbul edilmiş 5 qətnamədən biri “Tehrandakı Azərbaycan Respublikasının Səfirliyinə qarşı hücum” adlı qətnamə idi.
Bizim.Media xəbər verir ki, qətnamədə 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı ölümlə nəticələnən silahlı hücum qəti şəkildə pislənir, İran hökuməti baş vermiş hücumu hərtərəfli araşdırmağa, hücumu törədənləri cinayət məsuliyyətinə cəlb etməyə və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının İran İslam Respublikasının ərazisində olan diplomatik nümayəndəliklərinin mühafizəsini təmin etməyə çağırılır.
Ermənistan tərəfi İranın sifarişi ilə eyni məzmunlu bəyanatın ATƏT-də qəbul edilməsinə mane olub.
Təəssüf ki, iki aya yaxın müddətdə davam edən müzakirələrə Ermənistan tərəfi hər vəchlə maneə törədib və səfirliyə xain hücumu pisləyən, terror qurbanlarının ailələrinə başsağlığı diləklərinin çatdırıldığı və ədalətin təmin olunması məqsədilə hərtərəfli istintaq aparılmasının vacibliyinin vurğulandığı bəyanatın qəbuluna imkan verməyib.
Bu, bir daha göstərir ki, Ermənistan İranın ATƏT-də əsas təmsilçisi olmaqla yanaşı, sülhdə və əmin-amanlıqda maraqlı olmayan tərəfdir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:04 / 18.03.2023
Ermənistan ATƏT-də İrandakı səfirliyimizə hücumu pisləyən bəyanatın qəbuluna MANE OLUB
Hazırda oxunan: Ermənistan ATƏT-də İrandakı səfirliyimizə hücumu pisləyən bəyanatın qəbuluna MANE OLUB
Hazırda oxunan: Ermənistan ATƏT-də İrandakı səfirliyimizə hücumu pisləyən bəyanatın qəbuluna MANE OLUB
126201
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.