“Ərzaq təhlükəsizliyi çox vacib məsələdir. Biz tələbatımızı tam şəkildə təmin edə bilməsək də çalışmalıyıq ki, əsas tələbatımızı təmin edək. Məsələn, taxıl istehsalına gəldikdə, biz 100 faiz təminat kimi hədəf qoymuruq. Çünki bu, böyük torpaq sahələri tələb edəcək. Bu torpaqlar daha səmərəli şəkildə digər məhsullar üçün istifadə oluna bilər. Dediyim kimi, təhlükəsizlik baxımından özümüzü tam təmin etməyə çalışmalıyıq”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə deyib.
İlham Əliyev qeyd edib ki, bu gün təchizat zəncirində fasilələr yaranır, hətta müqavilə bağlayıb ödəniş edilən məhsulları idxal etməkdə çətinlik yaranır:
“Biz bir neçə dəfə belə vəziyyətə düşmüşük. Yəni, ərzaq təhlükəsizliyi bir nömrəli məsələyə çevrilir. Suyun olması bunun üçün əsas meyardır. Hesab edirəm ki, biz bu sahədə uzunmüddətli institusional əməkdaşlıq edərək su ehtiyatlarının idarə olunması ilə bağlı strategiya hazırlaya bilərik. Bu sahədə bizə dəstək verə bilsəniz minnətdar olarıq”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
00:20 / 15.03.2023
Prezident alman iş adamları ilə ərzaq təhlükəsizliyi məsələsini MÜZAKİRƏ ETDİ
Hazırda oxunan: Prezident alman iş adamları ilə ərzaq təhlükəsizliyi məsələsini MÜZAKİRƏ ETDİ
Hazırda oxunan: Prezident alman iş adamları ilə ərzaq təhlükəsizliyi məsələsini MÜZAKİRƏ ETDİ
125555
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.