“Cənab Əliyev və mən eyni fikirdəyik ki, bu münaqişə tez bir zamanda öz həllini tapmalıdır”.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts Berlində Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Prezidentdən Azərbaycanın enerji potensialı ilə bağlı ÖNƏMLİ AÇIQLAMA
“Azərbaycan və Almaniya Avropa Şurasının üzvüdür. Biz bu üzvlüklə üzərimizə öhdəlik götürmüşük ki, insanların hüquqları, demokratiya qorunsun, hüquqi dövlətçilik qorunsun. Biz belə düşünürük ki, demokratiyanın ayrılmaz bir hissəsi canlı mülki cəmiyyətdir. Çünki canlı mülki cəmiyyətdən hər bir cəmiyyət ancaq faydalana bilər”, - deyə Olaf Şolts qeyd edib.
Şolts həmçinin Dağlıq Qarabağ məsələsi ilə bağlı Almaniyanın mövqeyini də xatırladıb:
“Beynəlxalq səviyyədə Almaniya öz fikrini bildirdi və Dağlıq Qarabağı respublika kimi tanımadı. Yəni, bununla da öz mövqeyini bildirmiş oldu”.
Bizim.Media