Stalinə yazılan MƏKTUB – Nizaminin türkcə şeirlərini kim məhv edib? – TARİXİ FOTO 

Hazırda oxunan: Stalinə yazılan MƏKTUB – Nizaminin türkcə şeirlərini kim məhv edib? – TARİXİ FOTO 

125263

Son günlərdə İran rəsmiləri dahi şairimiz Nizami Gəncəvinin “fars ədibi” olması ilə bağlı təbliğata start veriblər. Xüsusilə də, şairin əsərlərinin böyük qismini farsca yazmasını əlində bayraq edən İran rəsmiləri Gəncəni də öz şəhərləri kimi təqdim etməkdən çəkinmirlər. Lakin tarixçi alim Zaur Əliyev bununla bağlı araşdırma aparıb.

Bizim.Media xəbər verir ki, alim bir sıra tarixi faktları gün üzünə çıxarıb.
 

MÖVZU İLƏ BAĞLI:

İrandan Azərbaycana qarşı daha bir TƏXRİBAT – VİDEO


Belə ki, Nizami Gəncəvinin məzarının məqbərə tikilməmişdən əvvəlki fotosunda ədibin soyadının “Gəncəli” formasında yazıldığı diqqətdən yayınmır:

“Onun Gəncəvi adlandırılması ərəbcədir. Əslində isə məzardan gördündüyü kimi onu Nizami Gəncəli kimi qəbul etmək lazımdır. Türk soyadı ilə. Sonradan onun əsərlərinin üzə köçürülməsi zamanı nədənsə ərəbcə olan Gəncəvi soyadı ilə tanıtdırmağa başladılar”.

Zaur Əliyevin sözlərinə görə, İran əvvəllər də dəfələrlə Nizami Gəncəvini öz şairi kimi təqdim etməyə çalışıb: 

“İranın Nizami Gəncəliyə olan iddiaları bu günün mövzusu deyil. Amerika tarixçisi Lev Slyozkin 1934-cü ildə SSRİ Yazıçılar Birliyinin I Konqresində nümayəndə heyətinin üzvü kimi çıxış edərək, Nizami Gəncəvini “Gəncədən olan türk” adlandırmasından sonra İran dəfələrlə Stalinə məktub yazaraq Nizaminin İran şairi kimi adlandırılmasını tələb edirdilər.

Bu barədə 3 aprel 1939-cu ildə Ukrayna şairi Nikolay Bajanın “Pravda” qəzetində məqaləsində ətraflı məlumat verilir. Məqalədə o, Stalinlə görüşündən danışırdı:

“Yoldaş Stalin mənə azərbaycanlı şair Nizami ilə bağlı danışdı, onun əsərlərindən sitat gətirdi, o, bu sözlərlə onu əsaslandırmağa çalışırdı ki, Nizamini İran ədəbiyyatına vermək lazım deyil. Ona görə yox ki, farsca şeirlər yazıb, ona görə ki, o öz poemalarında farsca şeir yazmağa məcbur olduğunu və öz xalqıyla doğma dilində kontakta icazə verilmədiyini göstərir”.

Yevgeni Bertels tərəfindən hazırlanan Böyük Sovet Ensiklopediyası 1939-cu ildə Nizamini Azərbaycan şairi kimi təqdim etdi və 1940-cı ildən sonra artıq Nizaminin azərbaycanlı olması bütün sovet alimləri tərəfindən qəbul olundu.

İranın məktublarına cavab verməyən Stalindən sonra bir müddət sakitçilik olur, lakin II dünya müharibəsindən sonra yenidən İran Sovetlərə məktub yazaraq eyni iddia ilə çıxış edir.

Buna rəsmi cavabı 1947-ci il 22 sentyabrda SSRİ Yazıçılar İttifaqının sədri Nikolay Tixonov “Pravda” qəzetində belə cavab verir:

“Aydındır ki, Nizami farsca yazıb, Azərbaycan xalqının düşmənləri olan burjua tarixçiləri, İran milliyətçiləri tərəfindən Nizaminin fars şairi kimi qələmə verilməsi və onu vətəni Azərbaycanla əlaqəsinin olmaması faktı ilk dəfə deyil, ancaq bu həyasız yalan heç kimi aldada bilmədi.”

Alimin sözlərinə görə, T.Adəmiyyət 17 dekabr 1953-cü il tarixində "Pravda" qəzetinin redaktoruna da SSRİ EA-nın müxbir üzvü E.Bertelsin "Velikoe tvorenie Nizami" məqaləsinə etiraz məktubu göndərmiş, bənzər suallarla müraciət etmişdi:

“Nizami Gəncəvi ilə əlaqədar 1953-cü ilin 15 dekabr tarixində "Pravda" qəzetində Səməd Vurğunun "Velikiy Qumanist" (Böyük humanist) məqaləsi dərc edilmişdi. Məqalədə S.Vurğun yazırdı:

"Başıbəlalı Azərbaycan xalqı tarixin çox sınaqlarından keçmişdir. Lakin o, ən başlıcasını unutmamışdır: öz tarixini, öz milli dilini, öz mədəniyyətini öz doğma oğlu və şairi Nizamini ki, qədim Azərbaycan şəhəri Gəncədə doğulmuş və orada yaşamışdır (indiki Kirovabad)".

Son günlər isə Azərbaycanlı “alimin” çıxışı zamanı səsləndirlən bir şeir parçasını əsas götürən İran açıq-aşkar Nizamiyə hücuma keçiblər. Guya Nizami Gəncəlinin İran adlı şeiri olub:

“1) Nizami Gəncədə yaşaya-yaşaya necə fars şairi ola bilərdi? İran adlanan dövlət ona necə iddia edə bilər? Gəncə şəhərinin XII əsrdə İran şəhəri olması haqqında fikir də yanlışdır. Gəncə necə İran şəhəri ola bilərdi ki, Nizaminin dövründə İranın özü Səlcuq imperiyasının bir hissəsi idi? Həm də Gəncə türk oğlu türk olan Azərbaycan Atabəylərinin paytaxtı idi. Siz bunu yaxşı bilirsiz ki,  Pəhləvi sülaləsi ingilislərin köməyi ilə hakimiyyət başına gələndən sonra İran adı istifadə edilməyə başlanıb. 

2) Bu Nizami Gəncəvi yazı stili deyil. Xll əsrdə Xorasanın Həmədanın adları hallanır. Amma İran adlı dövləti tarixi yazılarda yoxdur. 

3) İranda hazırda bəzi dairələrdə Gəncə adı belə hallanmır. Onlar bura Kuruşabad deyirlər, çünki ruslar Kuruşa elə Kir deyirlər. Buradakı gizli niyyət də üzə çıxır. Azərbaycan şəhərini də iranlılaşdırmaq iddiasındadır Tehran rəsmləri. 

Zaur Əliyev Nizaminin əsərlərini farsca qələmə almasına da münasibət bildirib:

“Əlbəttə, o dövrdə fars dili regionda ünsiyyət dili kimi çox istifadə edilirdi. Amma bu o demək deyil ki, farsca yazmaq fars olmaqdır. Nizami Gəncəlini orjinaldan oxuyanlar bilirlər ki, Nizaminin fars dili Firdovsinin fars dilindən fərqli idi. Bu dil türk dilinin təsiri altında olan dildir və bu dildə xeyli türk sözləri var.

İran Nizami Gəncəlini fars və iran şairi adlandırmaqda məqsədləri bəllidir:

1) O zaman ruslar, ermənilər və farslar Nizaminin türkcə olan şeirlərini yandıraraq məhv edib, ya da ərəbcə dediklərinə qiymət verməyiblər. Hətta onun farsca yazdığı əsərlərin məğzini təhrif etməyə çalışıblar. Onların da bu istiqamətdə tez-tez konfrans keçirməkləri buna xidmət edir. Sübut etmək istəyirlər ki, qədimdən hamı Şimali Azərbaycanda, Gəncədə farsca danışıb. Sonradan türk olublar. Nizami Gəncəvi də farsdır. İran mənsublarının niyyəti budur ki, Cənubi və Şimali Azərbaycan türklərinin irsini bu yolla təhrif edib, mənimsəsinlər.

2) Öz tarixi olmayan İran özünə mədəniyyət yaratmaq üçün istənilən yola əl atır.

3) İran təhsil sistemində, orta məktəb, bakalavr, magistr təhsil pilləri üçün nəzrdə tutulan dərsliklərdə Nizami Gəncəliyə az yer ayrılır, onun barəsində təhsil müəssisələrində az danışlır.

Bilirsiz niyə? Çünki Nizami Gəncəlinin fikirləri İranda hazırda olan Molla rejiminin yaratdığı Xomeyniçilik ideyaları ilə üst üstə düşmür. Eyni zamanda İsgəndərnamə əsəri onların guya “tarixi” dövləti olan Əhməniləri məğlub edən İsgəndər Makedoniyalıya həsr edilib. Nizami necə? fars şairi ola bilərdi ki, onların böyük “imperiyalarını” məhv edən sərkərdəyə ayrıca poema həsr edib. Demək burda dava Nizami Gəncəlinin kimliyi və şəxsiyyəti deyil, Şimali Azərbaycana olan həyasız iddialardan danışmaq lazımdır. 

Eyni zamanda, Nizami Gəncəlinin kimliyini bilmək üçün “Xosrov və Şirin" əsərinin sonunda  öz övladını türkzadə (türk oğlu) adlandırmasında görmək olar”.


Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin