Ekoaksiya: Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınları Xankəndiyə qayıtdı - FOTO

Hazırda oxunan: Ekoaksiya: Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınları Xankəndiyə qayıtdı - FOTO

124864

Ekoaksiyanın iştirakçıları martın 10-da Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Laçından Xankəndi istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.

Bizim.Media xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndi istiqamətinə hərəkət edən BQXK-ya məxsus səkkiz minik və bir yük avtomobilinin aksiya ərazisindən sərbəst hərəkəti təmin olunub.

Həmin avtomobillər səhər saatlarında Laçın istiqamətinə getmişdi.

Bu da Laçın-Xankəndi yolunda humanitar məqsədli nəqliyyat vasitələrinin keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.

Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin