Azərbaycanın İsraildəki səfiri İrana mümkün hücumla bağlı xəbərləri TƏKZİB ETDİ 

Hazırda oxunan: Azərbaycanın İsraildəki səfiri İrana mümkün hücumla bağlı xəbərləri TƏKZİB ETDİ 

124799

“İsrailin İrana ola biləcək hücumu zamanı Azərbaycandan havadan yanacaqdoldurma bazası kimi istifadə edilməsinə icazə verilməyəcək”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın İsrailə yeni təyin olunmuş səfiri Muxtar Məmmədov "The Jerusalem Post"a açıqlamasında bildirib. 

Belə ki, səfir “Haaretz” qəzetinin ölkənin İranın nüvə obyektlərinə hücum etməyə qərar verəcəyi təqdirdə İsrailə yardım etmək üçün aerodrom hazırlaması ilə bağlı xəbərini təkzib edib. 
“Azərbaycan əvvəlcədən bəyan edib ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq və öz ərazisindən başqa dövlətlərə qarşı istifadəsinə imkan verməyəcək. Xarici medianın iddia etdiyi xəbərlər yalandır”, - deyə səfir qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin