"Rusiya Azərbaycanın regionda gücləndiyini görüb, Ermənistanı təpədən-dırnağa qədər silahlandırır"

Hazırda oxunan: "Rusiya Azərbaycanın regionda gücləndiyini görüb, Ermənistanı təpədən-dırnağa qədər silahlandırır"

124620
Azərbaycanın qərbyönlü siyasəti xeyli fəallaşıb. ABŞ və Avropa Birliyi (AB) ilə münasibətlər yüksələn xətt üzrə inkişaf edir.
xa0
Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli hazırkı geosiyasi şəraitdə Azərbaycanın yürütdüyü xarici siyasətlə bağlı deyib. Politoloq qeyd edib ki, Avropa Birliyi (AB) bir sıra enerji layihələrinin həyata keçirilməsində Azərbaycanı özünə ən etibarlı tərəfdaş sayır:
xa0
“Azərbaycanın qərbyönlü siyasəti xeyli fəallaşıb. ABŞ və Avropa Birliyi ilə münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan hazırda regionda enerji dəhlizi rolunu oynayır. Rusiya Ermənistanı təpədən-dırnağa qədər silahlandırır. Məhz bunun nəticəsidir ki, Dağlıq Qarabağda sülh yaratma prosesində ciddi əngəllər meydana çıxır. Bütün bunlara baxmayaraq, Azərbaycanın Rusiya ilə münasibətləri qaydasındadır. Zənnimcə, tam səmimi olmasa da, Rusiya tərəfi bunu anlamış kimi görünür”x9d.
xa0
Q.Hüseynlinin sözlərinə görə, İranla münasibətlərin Azərbaycan üçün əhəmiyyəti daha böyük olacaq:
xa0
“Çünki Xəzərdə bir sıra neft-qaz yataqları var ki, İran bunları mübahisəli hesab edir. Ancaq Azərbaycan prezidentinin İrana səfərində həmin ərazilərin ortaq işlənilməsi ilə bağlı razılığa gəlinib. Üstəlik, İran öz qazını Ermənistandan deyil, Azərbaycan ərazisindən TANAP-a qoşa da bilər. Azərbaycan, İran və Rusiya xarici işlər nazirləri Tehranda görüşəcəklər. Bu görüş üçtərəfli əməkdaşlıqdan xəbər versə də, üçlər ittifaqının yaradılmasını nəzərdə tutmur. Qoşulmayanlar Hərəkatının üzvü və balanslı siyasi xətt yeridən ölkə kimi Azərbaycanın Rusiya və İranla bir ittifaqda yer almasından söhbət gedə bilməz. Bu görüşdə Azərbaycan Dağlıq Qarabağ problemini daha qabarıq surətdə meydana qoya bilər. Ona görə də rəsmi Bakıya hazırda məhz bu cür tarazlaşdırılmış siyasət lazımdır”x9d.(Axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin