“Azərbaycan Avropa İttifaqı üçün enerji təchizatı sahəsində daha əhəmiyyətli tərəfdaşa çevrilir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Egils Levitslə görüşdən sonra mətbuata bəyanatında bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Azərbaycanı iqtisadi əlaqələrdə yaxın tərəfdaş kimi görürük” - Latviya prezidenti
“Biz Avropa Komissiyası tərəfindən hər zaman etibarlı tərəfdaş sayılmışıq. Bu gün biz nefti, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını, neft məhsullarını ixrac edirik. Ümid edirik ki, bu yaxınlarda yaşıl enerjini ixrac etməyə başlayacağıq”, - deyə dövlət başçısı qeyd edib.
Bizim.Media