Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı və Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi tərəfindən Şuşada inşa ediləcək məktəblə bağlı Azərbaycana gedən üç nəfərlik heyət geri dönüb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan Azərbaycanla bağlı mühüm sazişi təsdiqlədi
Bildirilib ki, səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev, Prezidentin köməkçisi Hikmət Hacıyev və təhsil naziri Emin Əmrullayevlə görüşlər olub.
Məlumata görə, məktəbin inşası layihəsində "Azadllq çiçəyi" olan Xarıbülbül, Azərbaycan himnini bəstələyən Üzeyir Hacıbəyli, Osmanlı və Səlcuq dövlətlərinin motivləri də yer alacaq.
Layihənin memarı Yusif Ziya Günaydın bildirib ki, məktəbin tikiləcəyi yer bəlli olmasa da, Prezident İlham Əliyev ilə görüş zamanı Şuşada bunun üçün xüsusi yerin ayrılacağı qeyd edilib.
"Prezidentlə görüşümüz 1 saatdan artıq oldu. İlham Əliyev həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, həm də Dövlət Baxçalıya təşəkkür etdi.
Prezident bildirdi ki, Şuşaya qardaş Ərdoğanla birlikdə gedəcəklər.
Şuşa yolu tam təhvil verildikdən və hazırlıqlar bitdikdən sonra Şuşada məktəbin təməli Azərbaycan və Türkiyə Prezidentləri, MHP lideri Dövlət Baxçalının iştirakı ilə qoyulacaq", - deyə memar vurğulayıb.
Bizim.Media