Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.
Bizim.Media xəbər verir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus üç təminat, iki tibbi yük və bir tibbi avtomobilin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.
Bundan əlavə, sülhməramlıların üç təminat və bir minik avtomobili Laçına gedib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.
Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:11 / 07.03.2023
Sülhməramlıların daha 10 avtomobili aksiya ərazisindən MANEƏSİZ KEÇDİ - FOTO
Hazırda oxunan: Sülhməramlıların daha 10 avtomobili aksiya ərazisindən MANEƏSİZ KEÇDİ - FOTO
Hazırda oxunan: Sülhməramlıların daha 10 avtomobili aksiya ərazisindən MANEƏSİZ KEÇDİ - FOTO
124311
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.