Qarabağda İKİNCİ VARİANT – “Bu erməniləri dəstəkləyən qüvvələr üçün də ağır nəticələnəcək”

Hazırda oxunan: Qarabağda İKİNCİ VARİANT – “Bu erməniləri dəstəkləyən qüvvələr üçün də ağır nəticələnəcək”

124233

“Baş verən hadisə və Azərbaycan Ordusunun iki hərbi qulluqçusunun şəhid olması bir daha onu göstərir ki, Ermənistan ölkəmizə qarşı terror siyasətindən əl çəkməyib. Son hadisə birmənalı olaraq Ermənistanın Azərbaycana qarşı təcavüz faktıdır”.

Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev belə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan ordusu Qarabağdan çıxarılmasa, sülh olmayacaq” – Fərhad Məmmədov


O, bildirir ki, qanunsuz erməni silahlı dəstələrinin ərazimizdən çıxarılmasına nail olmasaq, onları fiziki olaraq zərərsizləşdirməliyik:

“Bu təxribatların gələcəkdə təkrarlanmaması üçün Azərbaycan iki vacib məsələni həll etməlidir. İlk növbədə erməni silahlılarının ərazimizdən çıxarılmasına nail olmalıyıq. Bu mümkün olmadıqda onları fiziki olaraq zərərsizləşdirməliyik. İkinci bir tərəfdən, əraziyə silah-sursat və digər ləvazimatların daşınmasını önləməliyik. Bunların hər ikisi paralel olaraq həyata keçirilməli fəaliyyətlərdir”. 

Ədalət Verdiyə onu da vurğulayıb ki, separatçıların silah-sursatla təminat və təchizatının qarşısını almaq üçün Azərbaycanla Ermənistanın şərti sərhədinin Laçın ərazisindən keçən hissəsində nəzarət-buraxılış məntəqəsi qurmalıdır:

“Bu sahədə təcrübəmiz var. Eyni addımı Qubadlının Heybətli kəndi ərazində həyata keçirmişik. Minimal müddətdə Rusiya sülhməramlıları erməni silahlılarını ərazidən tamamilə təmizləməsə və onun foto-video faktlarını Bakıya təqdim etməsə, Azərbaycan Ordusu öz gücünə arxalanaraq, anti-terror əməliyyatına başlamaqla bu fəaliyyəti özü həyata keçirəcək. Tək fərq ondan ibarət olacaq ki, bu variant Ermənistan, Qarabağdakı separatçılar və onları dəstəkləyən qüvvələr üçün daha ağır nəticələnəcək”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin