Dövlət Departamentindən Azərbaycan və Ermənistana MÜRACİƏT ETDİ 

Hazırda oxunan: Dövlət Departamentindən Azərbaycan və Ermənistana MÜRACİƏT ETDİ 

124160

ABŞ Qarabağda, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində son insidentdən xəbərdardır. 

Bizim.Media xəbər verir ki, bunu dünən keçirdiyi brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

Onun sözlərinə görə, Ağ Ev Azərbaycan və Ermənistanı dialoq və diplomatiyaya çağırır. 
“Biz martın 5-də  Qarabağda beş nəfərin ölümü ilə nəticələnən atışma hadisəsi ilə bağlı xəbərləri izləyirik”, deyə Prays bildirib.

O, bəyan edib ki, ABŞ Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının aparılmasına sadiqdir:

"İrəliyə doğru gedən yeganə yol dialoq və diplomatiyadır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin