Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan Baş naziri Nikol Paşinyana cavab verib.
Bizim.Media xəbər verir ki, bu barədə Ayxan Hacızadə özünün “Twitter” hesabında paylaşım edib.
"Nikol Paşinyan, terrorizm hərbi personalın, silahların, minaların köçürülməsi və mülki əhalinin öldürülməsi yolu ilə Azərbaycana qarşı (suverenliyini və ərazi bütövlüyünü tanıdığınız) bədnam siyasətin və hərbi təcavüzün davamıdır.
Ermənistanın bu cür qanunsuz hərəkətlərinin qarşısını almaq üçün Azərbaycanın qanuni tədbirləri Azərbaycanın suveren ərazilərində qayda-qanun yaratmaq adlanır", - deyə XİN rəsmisi bildirib.
Bizim.Media
Azerbaijan’s legitimate measures to prevent such illegal actions by #Armenia are called establishment of rule and order in sovereign territories of Azerbaijan.
— Aykhan Hajizada (@Aykhanh) March 6, 2023
END OF NOTE!