Azərbaycan-Macarıstan əlaqələrinin gündəliyi genişlənib, bütün istiqamətlərdə yaxşı nəticələr əldə olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın iqtisadi inkişaf naziri Marton Nadı qəbul edərkən bildirib.
Dövlətimizin başçısı Macarıstana son səfərini məmnunluqla xatırlayaraq, bu səfərin yaxşı nəticələr verdiyini, Marton Nadın ölkəmizə gəlməsinin ikitərəfli münasibətlərimizin inkişafı baxımından önəmini qeyd edib.
Macarıstanın iqtisadi inkişaf nazirinin səfərinin əldə olunmuş razılıqlara əsasən gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi üçün yaxşı imkan yaratdığını deyən Azərbaycan Prezidenti əlaqələrimizin gündəliyinin genişləndiyini bildirib, bütün istiqamətlərdə artıq yaxşı nəticələrin olduğunu vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:51 / 06.03.2023
İlham Əliyev: “Macarıstanla bütün istiqamətlərdə yaxşı nəticələr əldə olunub”
Hazırda oxunan: İlham Əliyev: “Macarıstanla bütün istiqamətlərdə yaxşı nəticələr əldə olunub”
Hazırda oxunan: İlham Əliyev: “Macarıstanla bütün istiqamətlərdə yaxşı nəticələr əldə olunub”
124015
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.