Paşinyanın Putinə zəng vurmasının SƏBƏBİ – Sabah son gün ola bilər!

Hazırda oxunan: Paşinyanın Putinə zəng vurmasının SƏBƏBİ – Sabah son gün ola bilər!

12395

Son günlərdə Ermənistanda siyasi gərginlik pik həddə yüksəlib. 16 müxalif siyasi partiyanın birləşməsi nəticəsində yaradılan “Vətənin Qurtuluşu Hərəkatı” 20 fevralda Respublika meydanında son ayların ən səs-küylü miqtinqinə hazırlaşır.

Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyan da əvvəlki mitinqlərdən fərqli olaraq müxalifətə dəstək verəcəklərini bildiriblər.
 

MÖVZU İLƏ BAĞLI:

“Sputnik Armenia” “Sputnik Azərbaycan”-dan daha maraqlı xəbərlər verirmi?


Robert Koçaryanın düşərgəsindən verilən məlumatda keçmiş prezidentin öz tərəfdarlarını 20 fevralda Respublika meydanındakı mitinqdə iştirak etməyə səslədiyi qeyd olur.

Mitinqin vaxtı yaxınlaşdıqca baş nazir Nikol Paşinyanın qayğıları isə da daha da artır. 20 fevral mitinqi öncəsi öz tərəfdarını ilə Gümrüdə xalqın qarşısına çıxmağa cəhd göstərən Paşinyan mitinqə cəmi 300 nəfər toplamağı bacarıb.

Bu iştirakçıların əksəriyyətinin hökümət nümayəndləri və Paşinyanın mühafizəsini təşkil etmək üzrə bölgəyə gətirilmiş milis gücləri olduğu məlum olub.

Çarəsiz qalan Paşinyan höküməti 20 fevralda əhalinin kütləvi meydana çıxarılmasının qarşısını almaq üçün pul cəzasının tətbiq olunacağını elan edib.

Hökumətin fikrincə, ölkədə müəssisə rəhbərləri işçilərini hökümət əleyhinə mitinqlərdə iştirak etməyə məcbur edir.

 

Paşinyanın uğursuzluqları fonunda müxalifət partiyaların birliyi daha da güclənməyə doğru gedir. Robert Koçaryanın seçkilərə namizəd olması ilə müxalifətin bölünəcəyini və zifləyəcəyini düşünən Paşinyan bu gümanında da yanılıb.


Artıq müxtəlif siyasi partiyaların rəhbərləri, o cümlədən eks prezidentlər 20 fevral mitinqi üçün hazırlıqlara başladıqlarını elan ediblər.

Rusiyadakı erməni disporasının üzvləri də Robert Koçaryanın düşərgəsinə milyonlarla rubl pul yardımı etdikləri ortaya çıxıb.

Hər tərəfli təklənməyə doğru gedən Paşinyan son çarə kimi Rusiya prezidenti Vladimir Putindən kömək istəmək qərarında gəlib.

20 fevraldakı mitinqin hakimiyyətinin son ola biləcəyini yaxşı başa düşən Paşinyan erməni ənənəsi uyğun olaraq çıxış yolunu Kreml yollarında görüb.

Məlumatlara görə iki ölkə rəhbəri arasında telefon danışığı formatında baş tutan görüşdə tərəflər Qarabağdakı vəziyyətlə vəziyyətlə yanaşı, Ermənistandakı siyasi gərginliyi də müzakirə ediblər.

Paşinyanın görüş əsnasında Ermənistanın 10 noyabr və 11 yanvar razılaşmalarının həyata keçirilməsi məsələlərini də müzakirə etdiyi qeyd olunub.

 

Görünən odur ki, Paşinyan Ermənistanda baş verən son hadisələri birbaşa Rusiyanın müdaxiləsi ilə dayandırıla biləcəyini yaxşı başa düşür. Elə Rusiya özü də bu hadisəlrədəki rolunu gizlətmir və Paşinyana iplərin kimin əlində olduğunu göstərməyə çalışır.


Paşinyanın Putinlə telefon danışığı hər şeydən öncə onun hansı şərtlər daxilində hakimiyyətdə qalması və bunun müqabilində götürdüyü öhdəliklərlə bağlıdır.

Ehtimal olunur ki, Putin ənənəsinə sadiq qalaraq Paşinyana birbaşa şərtlərini diktə etməyib.

Əksinə məsələnin tamamilə Rusiyadakı erməni icmasının təşəbbüsü olduğunu və Paşinyanın onları razı salması gərəkdiyini qeyd edib.

Ermənistan rəhbərliyinin son həftə ərzində xarici işlər naziri Ara Ayvazyanın Moskvaya səfəri də bu məsələdə Paşinyanın nə dərəcədə narahat olduğunu göstərir. Ara Ayvazyan Moskvada Rusiyalı nümayəndələr yanaşı erməni icmasının nümayəndələri və iş adamları ilə də görüşlər keçirib.

 

Bu gün isə Paşinyan daha iki nəfəri Diaspora iş üzrə baş komissar Zare Sinanyanı və diasporasının icra şöbəsinin müdiri Liana Simonyanı Rusiyaya göndərib. Bu şəxslər də xarici işlər naziri kimi icma nümayəndələri ilə görüşlər keçirəcəklər.


Deyəsən Paşinyan bu dəfə də müxalifət təhlükəsini sovuşdurmaq üçün Rusiyadakı erməni icmasının, dolayısı ilə də Rusiyanın tələblərini yerinə yetirməyə hazırlaşır.

Paşinyanın qarşısında qoyulan öhdəliklər içərisində Qarabağla bağlı razılaşmlara hərfiyyən əməl edilməsi və Qarabağın gələcəyi ilə bağlı məsələlərin səssiz şəkildə icra edilməsin təşkili ehtimalı isə olduqca böyükdür.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin