Ceyhun Bayramov Qətərə getdi

Hazırda oxunan: Ceyhun Bayramov Qətərə getdi

123868

4 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.

Bu barədə Bizim.Media-ya Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin