Azərbaycan və Polşa arasında Orta Dəhliz çərçivəsində əməkdaşlıq və mövcud marşrutların diversifikasiya imkanlarının öyrənilməsi, eləcə də iki ölkənin nəqliyyat və tranzit imkanlarından istifadə edilməsi barədə müzakirələr aparılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, müzakirələr Bakıda keçirilmiş Nəqliyyat və logistika üzrə Azərbaycan-Polşa İşçi qrupunun 2-ci iclasında baş tutub.
İclas azərbaycanlı nazir müavini Rəhman Hümmətovun və Polşaın infrastruktur nazirinin müavini Andrzej Bittelin həmsədrliyi ilə keçirilib.
Azərbaycan və Polşa arasında nəqliyyat sahəsində mövcud əməkdaşlıq məsələləri və gələcək inkişaf perspektivləri, iki ölkənin dəniz limanları arasında əməkdaşlığın, həmçinin regionlararası aeroportlar arasında birbaşa hava reyslərinin açılması imkanının araşdırılması ilə bağlı məsələlər nəzərdən keçirilib.
Həmçinin iclas zamanı hal-hazırda ölkəmizdə həyata keçirilən “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin artırılması” Polşa-Litva Tvinninq layihəsi çərçivəsində yol hərəkəti təhlükəsizliyi sahəsində əməkdaşlıqdan danışılıb.
İclasın yekununda Protokol imzalanıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:45 / 03.03.2023
Azərbaycan və Polşa arasında birbaşa uçuşların açılması MÜZAKİRƏ EDİLİR
Hazırda oxunan: Azərbaycan və Polşa arasında birbaşa uçuşların açılması MÜZAKİRƏ EDİLİR
Hazırda oxunan: Azərbaycan və Polşa arasında birbaşa uçuşların açılması MÜZAKİRƏ EDİLİR
123667
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.