“Rusiya Laçın yolunda tam nəzarətimizə qəti müqavimət göstərəcək” – Sabiq nazirdən XƏBƏRDARLIQ 

Hazırda oxunan: “Rusiya Laçın yolunda tam nəzarətimizə qəti müqavimət göstərəcək” – Sabiq nazirdən XƏBƏRDARLIQ 

123626

“Laçında keçid məntəqəsinin qurulması ilə bağlı məsələ iki komponentdən ibarətdir. Birincisi, yoldan daşınan yüklərə və mallara, o cümlədən hərbi texnikaya nəzarət. İkincisi isə Laçın yolu ilə  hərəkət edən şəxslərə nəzarət”.

Bizim.Media xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Laçın yolundan sülhməramlıların 8 avtomobili maneəsiz keçib - FOTO 


Laçın dəhlizində Azərbaycan tərəfinin nəzarət-buraxılış məntəqəsi yaratması ilə bağlı fikirlərini bölüşən keçmiş nazir, ilk növbədə Rusiyanın bu mövzuda sərgilədiyi mövqeyi şərh edib:

“Aydındır ki, Rusiya münaqişə ocaqlarının öz varlığını saxlamasını nəzərə alaraq, Ermənistan və Azərbaycanın prosesi mövcud idarəetmə mexanizmini qoruyub saxlamağa çalışır. Digər tərəfdən o da aydındır ki, 2020-ci il müharibəsindən sonra hərbi alətlərdən istifadə imkanları da minimuma endirilib. Ona görə də indi Rusiya üçün əsas vəzifə irredentist və separatçı xarakterli “siyasi fəaliyyətini” davam etdirə biləcək “təsir agentləri” üçün Laçın yolunda hərəkət azadlığını qorumaqdır.

Ona görə də görünən odur ki, Rusiya bizim yüklərə nəzarət edə bilməklə bağlı tələbimizi təmin etməyə yaxındır. Lakin Moskva Azərbaycanın dövlət strukturlarının dəhlizlə hərəkət edən insanların axınını tənzimləməsinə qəti müqavimət göstərəcək.

Əminəm ki, Azərbaycan tərəfi Rusiya tərəfinə de-fakto ultimatum göndərdi ki, ya Rusiya tərəfi indiyə qədər açıq olan dəhlizlə öz “proksi”sini (Qarabağdakı separatçı rejimdən söhbət gedir) çıxaracaq, ya da bu “proksi” “siçan tələsi”nin içində məhv ediləcək”. 

Tofiq Zülfüqarov qeyd olunan proseslərin nə vaxt reallaşacağını deməyin çətin olduğunu qeyd edib. Sabiq nazir əlavə edib ki, Laçın yolu ilə bağlı gələcək addımların Rusiyanın Ukraynadakı vəziyyətilə sinxronlaşdırılacağı aydındır.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin