"Metsamor" AES rəsmi Bakı ilə AEBA-nın GÜNDƏMİNDƏ - FOTO

Hazırda oxunan: "Metsamor" AES rəsmi Bakı ilə AEBA-nın GÜNDƏMİNDƏ - FOTO

123586

3 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi ilə görüşüb. 

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Agentlik arasında əməkdaşlıq, habelə nüvə təhlükəsizliyi və zəmanətləri məsələləri, bölgədə cari vəziyyət müzakirə olunub. 

Nazir Ceyhun Bayramov Agentliyin səlahiyyət dairəsinə daxil bir çox istiqamətlərdə uzun illərdən bəri birgə proqramlar həyata keçirildiyini, kənd təsərrüfatı, neft-kimya sənayesi, tibb və s. sahələrdə əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə edərək, digər bir sıra istiqamətlərdə də geniş perspektivlərin olduğunu vurğulayıb. 

Görüş zamanı nazir həmçinin nüvə təhlükəsizliyinin təmin edilməsinə Azərbaycanın böyük əhəmiyyət verdiyini qeyd edərək, bu xüsusda Ermənistan tərəfindən köhnəlmiş texnologiyaların istifadə edildiyi "Metsamor" atom elektrik stansiyasının istismarı zamanı AEBA tərəfindən müəyyən edilmiş təhlükəsizlik standartlarına riayət edilməsinin vacibliyini vurğulayıb. 

Baş direktor Qrossi Azərbaycanın AEBA üçün əhəmiyyətli tərəfdaş olduğunu qeyd edərək, keçirilən birgə layihələri məmnunluqla vurğulayıb, habelə nüvə təhlükəsizliyi və Agentliyin ixtisaslaşdığı digər sahələrdə Azərbaycan ilə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinin mövcud olduğunu qeyd edib. 
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin