"Bilirsiniz ki, Sputnik Armenia-nın təsisçisi Simonyandır (Marqarita Simonyan - Russia Today). Onun həm özünün, həm ərinin Rusiyada böyük imkanları var. Bunlar dünya erməniləri ilə də yaxşı işləyirlər.
Onlar Azərbaycan tərəfini məcbur edir ki, daha çox Azərbaycan hakimiyyəti tənqid olunsun, ölkəmiz haqqında mənfi informasiyalar verilsin.
Azərbaycanlı jurnalistlər də bunu etmədiyi üçün Sputnik Azərbaycanı tək maliyyələşdirmə məsələsində deyil, eyni zamanda Azərbaycana qarşı çox soyuq münasibət var”.
Bizim.Media ilə söhbət zamanı bunları deyən politoloq Cümşüd Nuriyev bildirdi ki, sözügedən cütlük Ermənistandan çox, şəxsi maraqlarını güdürlər.
MÖVZU İLƏ BAĞLI:
“Sputnik” aşkar şəkildə erməni propaqandası ilə məşğuldur - Elçin Alıoğlu
Sputnik Azərbaycanın materialları əvvəlcə Moskvada senzuradan keçirilir – Politoloqlar ittiham edir
"Onlar media planlaşdırmasını yüksək səviyyədə reallaşdırır, piar texnologiyasından yaxşı istifadə edirlər.
Amma Sputnik Armenia-dan fərqli olaraq Sputnik Azərbaycan belə zəif işləməsinin bir neçə səbəbi var. Birincisi, oradakı jurnalistlərə rəhbərlik edən, mən bildiyimə görə bir tərəfi ermənidir.
Təbii ki o, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını istəməyəcək. Bu onların milli xəstəliyidir. İkincisi, Azərbaycanda çalışanlarla Ermənistanda işləyənlər arasında maaş fərqi var. Sputnik Armenia daha yüksək maaş verir.
Yaxşı jurnalistlərimiz var orda, amma təəssüf ki, həmin jurnalistlər dövlətimizin maraqlarını qoruduqlarına görə Simonyan tərəfindən sıxışdırılır. Bunu da nəzərdən qaçırtmaq olmaz.
Azərbaycanda bu sahəyə baxan yeni bir təşkilat (“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs) yaratdılar.
Həmin qurum bununla maraqlanmalıdır. Yəni Sputnik Azərbaycanın, Armeniadan daha fəal işləməsində onlar maraqlı olmalıdır. Çünki Rusiyadan əlavə təxminən 5 milyon insan rus dilində yazır, danışır, anlayır. Bunu nəzərə alıb, o sahəni daha da gücləndirmək lazımdır.
Biri var ölkədaxili rusdilli mətbuat, amma Sputniklə dünyaya daha rahat açıla bilərik. Ona görə də ola bilər istəmirlər ki, Azərbaycanın Sputniki Ermənistanla müqayisədə güclü olsun.
“Sputnik Azərbaycan” məsələsi parlament səviyyəsində müzakirə olunmalıdır ", -deyə Cümşüd Nuriyev fikrini bitirdi.
Anar Rəhimov, Bizim.Media