Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizə səfərə gəlmiş Monteneqronun əmək və sosial rifah naziri Admir Adroviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycan və Monteneqro hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Monteneqro arasında yüksəksəviyyəli siyasi dialoq və dostluq münasibətləri əsasında əlaqələrin daim genişlənməkdə olduğunu vurğulayıb.
O, ölkələrimiz arasında ötən dövrdə imzalanmış 18 əməkdaşlıq sənədinin əlaqələrin inkişafında rolunu, ticarət dövriyyəsinin daim artmaqda olduğunu və keçən il də 99,6 faiz artdığını bildirib.
Azərbaycanla Monteneqronun ikitərəfli əlaqələrinin inkişafı üçün böyük potensial olduğunu vurğulayan S.Babayev iki ölkənin hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın bu istiqamətdə fəaliyyətindən bəhs edib.
İkitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün ölkələrimiz arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyi bildirilib.
Monteneqro nümayəndə heyətinə Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə, sosial xidmətlər sahələrində son illər aparılan islahatların uğurları, dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, müasir və şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim edilməsinə imkan verən DOST konsepsiyası barədə məlumat verilib.
Ölkəmizin həmin təcrübəsinin beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyi və həmin təcrübənin bir çox ölkələrin müvafiq qurumları tərəfindən öyrənildiyi, Monteneqro ilə də bu mütərəqqi təcrübəni bölüşməyə hazır olduğumuz, Azərbaycanda sosial sahədə geniş elektronlaşdırma proqramının nailiyyətləri diqqətə çatdırılıb.
Azərbaycana səfərindən məmnunluğunu və ölkəmizlə bağlı xoş təəssüratlarını ifadə edən A.Adroviç ölkəsinin Azərbaycana dost münasibətini, ikitərəfli əlaqələrin bütün sahələrdə, o cümlədən sosial sahədə genişlənməsində maraqlı olduqlarını bildirib.
Görüşdə iki nazirlik arasında qarşılıqlı maraq doğuran sahələrdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub, fəal təcrübə mübadilələrinin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.
Görüşün yekunu olaraq S.Babayev və A.Adroviç Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Monteneqronun Əmək və Sosial Rifah Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalayıblar.
Sənəddə əmək, məşğulluq, sosial müdafiə, həssas əhali qrupları üçün sosial xidmətlər, əlillik, reabilitasiya sahələrində gələcək əməkdaşlıq istiqamətləri əhatə olunub.
Memorandumdakı əməkdaşlıq istiqamətlərində işlərin görülməsi üçün hər iki nazirlik üzrə birgə işçi qrup yaradılmasına, işçi qrup tərəfindən təcrübə mübadilələrinin təşkili, habelə Azərbaycan və Monteneqro vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta hüquqlarının tanınmasına dair saziş layihəsi hazırlanması istiqamətində işlər aparmasına dair razılıq ifadə olunub.
Nazirlər keçirdikləri brifinqdə imzalanan yeni sənədin iki ölkənin sosial sahədə də əməkdaşlıq əlaqələrinin genişlənməsinə xidmət etdiyini, sənəddə nəzərdə tutulan istiqamətlərdə sıx əməkdaşlıq üçün səylərin göstəriləcəyini vurğulayıblar.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:34 / 02.03.2023
Azərbaycan və Monteneqro arasında bu istiqamətlərdə əməkdaşlığa dair sənəd İMZALANDI - FOTO
Hazırda oxunan: Azərbaycan və Monteneqro arasında bu istiqamətlərdə əməkdaşlığa dair sənəd İMZALANDI - FOTO
Hazırda oxunan: Azərbaycan və Monteneqro arasında bu istiqamətlərdə əməkdaşlığa dair sənəd İMZALANDI - FOTO
123462
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.