Qoşulmama Hərəkatının Bakı Sammiti nələrlə yadda qaldı?

Hazırda oxunan: Qoşulmama Hərəkatının Bakı Sammiti nələrlə yadda qaldı?

123433

“Martın 2-də Bakıda Qoşulmama Hərəkatının “COVID-19”a qarşı Təmas Qrupunun zirvə görüşü başlayıb. Hərəkatın sədri, Cənab Prezident sammitdəki çıxışı bir sıra önəmli məsələləri özündə ehtiva edib”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov səsləndirib.
Qoşulmama Hərəkatının Bakı Sammiti ilə bağlı fikirlərini bölüşən deputat Prezident İlham Əliyevin çıxışında toxunduğu vacib məqamlardan söz açıb:
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Qoşulmama Hərəkatının Zirvə görüşünü açıq elan etdi - VİDEO


“Əvvəla xatırladaq ki, ölkəmizin bu təşkilata sədrliyi dövrü bütün üzv ölkələrin xahişi ilə bir il də uzadılıb. Bu konkret faktdır ki, Azərbaycan bu Hərəkata yeni nəfəs gətirib, təşkilatın formatına yeni çalarlar qatıb. Artıq Qoşulmama Hərəkatı beynəlxalq güc, platforma kimi özünü qlobal siyasi anlamda göstərməkdədir. Ölkə başçımızın “COVID-19”la bağlı dünyaya müraciəti, BMT-nin xüsusi iclasının keçirilməsi, həm ölkəmizin, həm Prezidentin, həm də Qoşulmama Hərəkatının nüfuzunu artırmış oldu.

İkincisi, Cənab Prezident çıxışında geniş spektrli qlobal məsələlərə toxundu. Belə ki, həm dünyada dayanıqlı sülhün əldə edilməsi üçün ölkələrin birləşməsinin, beynəlxaq hərməyliyin artırılmasının zərurliyini vurğuladı. Həm də Cənab Prezidentin rəhbərliyi altında Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə dünya üzrə lider təşkilata çevrildi. Bu, xüsusi qeyd olunmalı məqamdır. Məhz İlham Əliyevin çağırışından sonra BMT və ÜST-ün birgə fəaliyyətləri bu bəla ilə mübarizəni daha da gücləndirdi”.

Vüqar İskəndərov İlham Əliyev tərəfindən səsləndirilən siyasi çağırışlara da diqqət çəkib:

“Cənab Prezident BMT Təhlükəsizlik Şurasının artıq köhnəldiyini və yeni çağırışlara cavab vermədiyini qeyd etdi ki, bu bütün dünyanı düşündürən məsələdir. Bundan əlavə, açıq şəkildə demokratiya, insan haqlarından danışan Fransanın Afrika və digər bölgələrdəki müstəmləkəçilik siyasətinin davam etməsi açıq şəkildə qeyd olundu. Dövlət başçısı dünyanı sülh üçün birləşməyə, həmrəyliyə səslədi. Düşünürəm ki, Bakı sammiti Qoşulmama Hərəkatının tarixində yaddaqalan zirvə görüşü olacaq. Ümumilikdə isə Azərbaycanın sədrlik dövrü Hərəkatın qızıl dövrü kimi yaddaşlarda qalacaq”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin