Şavkat Mirziyoyev: “Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın nüfuzu artıb”

Hazırda oxunan: Şavkat Mirziyoyev: “Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın nüfuzu artıb”

123363

“Pandemiyanın çətinliklərinə baxmayaraq, biz platforma çərçivəsində həmrəyliyimizi və əməkdaşlığımız gücləndirdik. Qoşulmama Hərəkatının parlament qurumunu və gənclər şəbəkəsini yaratdıq”.

Bizim.Media xəbər verir ki, bunu Bakıda Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə çıxışında Özbəkistan Prezidenti Şövkət Mirziyoyev deyib.

Özbəkistan Prezidenti Azərbaycan Prezidentinə təşəkkür edərək bildirib ki, Azərbaycan sədrliyi dövründə pandemiya vaxtı çox vacib müxtəlif təşəbbüslər irəli sürüb.

"Azərbaycanın sədrliyi ilə QH-nin beynəlxalq aləmdə nüfuzu artıb. Biz Azərbaycana səmərəli sədrliyinə görə təşəkkür edirik və təşkilata uğurlar arzu edirik”, - o deyib.

Özbəkistan Prezidenti qeyd edib ki, BMT-də gələcəkdə islahatlar olarsa, QH-nin Təhlükəsizlik Şurasında yeri olmalıdır.

O, həmçinin bu platformadakı ölkələri terrorizmlə mübarizədə səylərini daha da gücləndirməyə çağırıb.

Özbəkistan Prezidenti QH çərçivəsində monitorinq və araşdırma mərkəzinin yaradılmasını təklif edib və əlavə edib ki, bu mərkəz Özbəkistanda da yerləşə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin