BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Çaba Koroşi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş zirvə görüşündə iştirak etmək üçün Azərbaycana gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə BMT rəsmisi "Twitter" hesabında məlumat verib.
"Bakıda energetika naziri Pərviz Şahbazov və Azərbaycanın BMT-dəki Nümayəndəliyinin rəhbəri Yaşar Əliyev tərəfindən səmimi qarşılandım. Azərbaycanın məlumatlara, dəlillərə və elmə əsaslanan ağıllı enerjiyə keçidindən çox təsirləndim. Yaşıl enerji transformasiyasında liderlik edən ölkəyə səfər etməkdən məmnunam" - deyə o, paylaşımında qeyd edib.
Bizim.Media