Mirziyoyev: “Qoşulmama Hərəkatının səviyyəsini yalnız Azərbaycan qaldıra bilər”

Hazırda oxunan: Mirziyoyev: “Qoşulmama Hərəkatının səviyyəsini yalnız Azərbaycan qaldıra bilər”

123280

“Düşünürəm ki, bizim bugünkü görüşümüz, Qoşulmama Hərəkatında iştirakımız faydalı olacaq. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanın, şəxsən Sizin uğurlu sədrliyiniz ilə bu təşkilatın nüfuzu artıb”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə martın 1-də keçirilən görüşdə ifadə edib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev İraq Prezidenti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO


Özbəkistan Prezidenti Birləşmiş Millətlər Təşkilatının vaksinlə bağlı xüsusi qətnaməsinin qəbulu və Hərəkatın parlament və gənclər strukturlarının yaradılmasını xatırlayıb:

“Fikrimcə, bu, Qoşulmama Hərəkatında Azərbaycanın tarixi sədrliyidir. Bütün dövlətlər həmin qətiyyəti, səyləri gördülər. Hazırkı mürəkkəb şəraitdə bu Hərəkatın səviyyəsini yalnız Azərbaycan qaldıra bilər. Mən bu münasibətlə Sizi təbrik etmək istəyirəm. Bir daha Sizinlə görüşümüzə şadam. Düşünürəm ki, bizim fikir mübadiləsi aparmaq, komandalarımızı dinləmək üçün yaxşı imkanımız var”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin