Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan əsirlərin, məhbusların və itkin düşmüş şəxslərin məsələləri ilə məşğul olan İdarələrarası Komissiyanın iclasını keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Ermənistan” nəşri yayıb.
Mənbə yazır ki, 44 günlük müharibə zamanı və müharibədən sonrakı hadisələr nəticəsində, həmçinin 2022-ci ildə sentyabrında həlak olan 422 erməni hərbçinin meyiti və qalıqları Ermənistana qaytarılıb. Onlardan 225-i 2022-ci ilin sentyabr hadisələri zamanı həlak olub.
Hazırda 2022-ci ilin sentyabrında həlak olan iki erməni hərbçinin meyitinin çıxarılması istiqamətində iş aparılır.
“Bundan əlavə, Cermuk hərbi hissəsinin 1 zabiti və 1 hərbi qulluqçusu 2022-ci il sentyabrın 13-dən 14-dək hərbi əməliyyatlar nəticəsində Azərbaycana aid olan ərazidən çıxarılıb”, - məlumatda deyilir.
Müharibədən sonra Azərbaycandan ümumilikdə 173 hərbi qulluqçu və mülki şəxs geri qayıdıb.
Komissiyaya 19 dekabr 2022-ci il tarixindən bu günə kimi itkin düşmüş şəxsin vəziyyəti barədə məlumat almaq üçün hüquqi, tibbi və sosial məsələlərlə bağlı 101 yazılı müraciət daxil olub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:56 / 01.03.2023
Azərbaycan Ermənistana 422 erməni hərbçinin meyitini və qalıqlarını qaytarıb
Hazırda oxunan: Azərbaycan Ermənistana 422 erməni hərbçinin meyitini və qalıqlarını qaytarıb
Hazırda oxunan: Azərbaycan Ermənistana 422 erməni hərbçinin meyitini və qalıqlarını qaytarıb
123245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.