Beynəlxalq Miqrasiya Təşkilatından Böyük Qayıdış Proqramına DƏSTƏK 

Hazırda oxunan: Beynəlxalq Miqrasiya Təşkilatından Böyük Qayıdış Proqramına DƏSTƏK 

123185

Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorino Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının əhəmiyyətini vurğulayıb.

Bizim.Media xəbər verir ki, o, Prezident İlham Əliyevlə görüşü zamanı qeyd edib ki, Beynəlxalq Miqrasiya Təşkilatı öz təcrübəsindən çıxış edərək bu prosesə dəstək verə bilər.

O, həmçinin deyib ki, bu təşkilat yarandığı gündən bəri dünyanın müxtəlif ölkələrində məcburi köçkünlərin və qaçqınların qayıtması üzrə çox geniş təcrübəyə malikdir və bu təcrübəni Azərbaycan tərəfi ilə bölüşməyə hazırdır.

Antonio Vitorino ölkəmizdə Beynəlxalq Miqrasiya Təşkilatının regional təlim mərkəzinin yaradılmasının vacibliyini qeyd edib, bu mərkəzin həm Azərbaycanda, həm də region ölkələrində imkanların artırılmasına və peşəkar kadrların hazırlanmasına töhfə verəcəyini deyib.
Qonaq Azərbaycanın qaçqınların müdafiəsi və beynəlxalq miqrasiya üzrə məşvərətçi proses olan 2023-2024-cü illər üzrə Almatı prosesinə sədrliyini qeyd edərək, miqrasiya ilə bağlı davamlı dialoqun və məlumat mübadiləsinin müzakirəsi baxımından bu platformanın əhəmiyyətini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin