“Azərbaycanla Kuba arasında əməkdaşlığımızın inkişafı üçün böyük perspektivlər mövcuddur”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Prezident İlham Əliyev bunun səhiyyə sahəsində xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb, həmçinin turizm, təhsil, kənd təsərrüfatı, mədəniyyət, əczaçılıq kimi sahələrdə əlaqələri inkişaf etdirmək üçün imkanların olduğunu qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Prezident: “Azərbaycan Qoşulmama Hərəkatını daha da inkişaf etdirmək üçün səylərini davam etdirəcək”
Ölkələrimizin ənənəvi dostluq münasibətlərini, beynəlxalq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatında sıx əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı pandemiya dövründə kubalı həkim və tibb işçilərinin Azərbaycanda fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib və bu amilin ikitərəfli əlaqələrimizin inkişafına əsaslı töhfə verdiyini vurğulayıb.
Kubanın vitse-prezidentinin səfərinin münasibətlərimizin genişdirilməsinə əlavə təkan verəcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev Azərbaycana səfərin onda xoş təəssüratla yadda qalacağına əminliyini ifadə edib.
Bizim.Media