“Ermənistanla qarşılıqlı dəhliz məsələsi həll edilib” – Zərdüşt Əlizadə

Hazırda oxunan: “Ermənistanla qarşılıqlı dəhliz məsələsi həll edilib” – Zərdüşt Əlizadə

123063

Jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı İrəvan və Bakının bir sıra təklifləri üzrə konsensus əldə olunub. Lakin o, konkret hansı məsələlər üzrə konsensus əldə olunduğunu deməyib.   

"Mən onları səsləndirə bilmərəm, çünki bu, prosesə mane ola bilər. Amma deyə bilərəm ki, bunlar beynəlxalq səviyyədə qəbul olunmuş prinsiplərdir. Məsələn, bizim bəzi ölkələrlə sülh sazişləri var və onlar orada qeyd olunur. Bunlar ümumi müddəalardır", - spiker bildirib. 

Xatırladaq ki, baş nazir Nikol Paşinyan fevralın 16-da hökumətin iclasında İrəvanın öz təkliflərini Azərbaycan tərəfinə çatdıraraq Bakı ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa çatdırdıqlarını bildirib. Onun sözlərinə görə, söhbət vahid müqavilə layihəsindən gedir. Sənəd ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verilib.

Görəsən, tərəflər hansı məsələlərdə konsensusa nail ola biliblər?  
 

MÖVZU İLƏ BAĞLI:

Lavrov Azərbaycanın Ermənistana qarşı məhkəmə iddiasını dəyərləndirdi


Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, konsensusa gəlinən məsələlər içərisində İrəvanın Azərbaycanın Qarabağ daxil olmaqla beynəlxalq müstəvidə tanınan ərazi bötövlüyünü və Bakının da Ermənistanın ərazi bütövlüyünü tanıması əks oluna bilər: 

“Digər tərəfdən, delimitasiya məsələsini müzakirə edən müştərək kommisiyanın işə başlaması və onun necə, hansı şəkildə işləməsi məsələsində də razılığa gəliblər. Fikrimcə, Laçın və Zəngəzur dəhlizinin statusunun eyni olmasına da razılıq veriblər, Amma hələlik bu razılaşmanı elan etmirlər. Çünki Rusiyanın xoşuna gəlməyə bilər. Anklav kəndlərin qaytarılmasında da yəqin ki, konsensus əldə olunub. Müqavilə imzalanandan sonra diplomatik münasibətlərin bərpası, iqtisadi əlaqələrin qurulması, Zəngəzurdan keçəcək şose yolunun marşurutu məsələsində də razılığa gəlmək mümkün olacaq”. 

Həmsöhbətimiz düşünür ki, yeganə sual doğuran məsələ Qarabağda yerləşən erməni silahlı qüvvələrin çıxarılması ilə bağlıdır:

“Bu məsələ hələlik razılaşdırılmayıb. Amma o da həll ediləcək. Bunun üçün cəmiyyət yetişməlidir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin