XİN: Ermənistan Laçın yolunda qanunsuz əməllər törədib - VİDEO

Hazırda oxunan: XİN: Ermənistan Laçın yolunda qanunsuz əməllər törədib - VİDEO

123015

“Ermənistan öz addımlarına nə qədər tez düzəliş etsə, bu, sülh prosesinə o qədər fayda verəcək. Onun qeyri-konstruktiv yanaşmasını hazırda da müşahidə edirik. Ötən ilin sonunda Laçın yolunda olan hadisələrlə bağlı da qeyri-konstruktiv yanaşmanın şahidi oluruq”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə fevralın 28-də keçirdiyi birgə mətbuat konfransında danışıb.

Nazir qeyd edib ki, Ermənistan bu yolda qeyri-qanuni əməllər törədib: 

"Görürük ki, yüksək siyasi rəhbərlik səviyyəsində onlar bütün məsuliyyəti Rusiyanın və Azərbaycanın üzərinə qoymaq istəyirlər. Biz üçtərəfli Bəyanatın tələblərinin yerinə yetiriləcəyinə inanırıq".
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin