Lavrov “ciddi şəkildə yerinə yetirməni” təmin edə biləcəkmi?

Hazırda oxunan: Lavrov “ciddi şəkildə yerinə yetirməni” təmin edə biləcəkmi?

122723

Lavrovun Azərbaycana səfəri çərçivəsində biz yəgin ki, üçtərəfli razılaşmanın şərtlərinə “ciddi şəkildə yerinə yetirilmə” haqqında Lavrovun məhşur ifadəsini eşidəcəyik. Bu arada razılaşmaya bir daha qayıdıb, bəndlərin yerinə yetirilmə və tərəflərin narazılıq səviyyəsini müəyyən etmək yerinə düşərdi. 

Bizim.Media xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin təhlilində yer alıb.

1. “Tərəflər... tutduqları mövqedə qalacaqlar”. Narazı – Ermənistan. Səbəb: Azərbaycan tutduğu mövqedə qalmadı.

2. Ağdamın Azərbaycana qaytarılması → qismən yerinə yetirilib.

3. “RF-nin... sülhməramlı kontingenti (SK) yerləşdirilir” → yerləşdirildi ↔️ yerinə yetirildi. 

4. SK “erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Narazı – Azərbaycan. Səbəb: Ermənistan SQ-nin qalıqları hələ də Qarabağdadır. “SK-nın qalma müddəti... ...müddətin bitməsinə 6 ay qalmış” ↔️ gözləyək görək necə yerinə yetiriləcək.

5. “Atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır” → “ciddi şəkildə yerinə yetirməyə” salamlar! ↔️ Rusiya-Türkiyə monitorinq mərkəzi yaradılıb.

6. Kəlbəcər rayonunun qaytarılması → qismən yerinə yetirilib.

Laçın rayonunun qaytarılması → yerinə yetirilib.

SK-nın nəzarəti altında 5 km. enliyində Laçın dəhlizi → var.

“Azərbaycan ...dəhliz üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.

- Narazı – Azərbaycan. Səbəb: yol məqsədləri üçün istifadə edilmir: silah-sursatdan tutmuş Pekres və İran diversantlarına qədər hər şey daşınır (tam isbatlanıb!);

- Narazı – Ermənistan. Səbəb: ekoaksiya “blokada” kimi dərk olunur. 

7.  “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara ...geri qayıdır”.

- Narazı – Ermənistan. Səbəb: “Hadrut erməniləri” məsələsi. 

- Narazı – Azərbaycan. Səbəb: Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və Xocavənd azərbaycanlılarının geri qayıda bilməməsi.

- Qanunauyğun sual: “Hadrut erməniləri” hansı statusda geri qayıda bilərlər? Ermənistan vətəndaşı kimi qayıda bilməzlər, Azərbaycan vətəndaşlığı üçünsə müraciət etmirlər. 

8. Əsir/girovların mübadiləsi. Narazı – Ermənistan. Səbəb: erməni diversant/hərbi əsirlər məsələsi.

Cəsədlərin mübadiləsi → yerinə yetirilib.

9. “Bütün iqtisadi və nəqliyyat əlaqələri”nin bərpası → yerinə yetirilməyib.

Ermənistan Naxçıvana nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməli, nəzarəti Rusiyanın FSB-si həyata keçirməlidir.

- Narazı – Azərbaycan. Səbəb: Zəngəzur dəhlizi yoxdur.

Beləliklə, əgər Lavrovun məqsədi Rusiyanın vasitəçilik formatını gücləndirməkdirsə, onda mövcud narazılıqların həlli ilə birbaşa və “ciddi şəkildə” məşğul olmaq lazımdır. Ermənistan 1, 6, 7, 8, Azərbaycan isə 4, 6, 7 və 9-cu bəndlərin yerinə yetirilməməsindən tam narazıdır. 

“Ciddi şəkildə yerinə yetirmə” necə təmin oluna bilər? 

• Laçın yolu ilə bağlı 6-cı bənd hər iki tərəfi qane etmir. Hazırda ən aktual bu mövzudur. 6-cı bənd həmçinin 9-cu bəndlə – Zəngəzur dəhlizi ilə bağlıdır. Bakının ZD və Laçın yolunda NBM təklifi gərginliyi aradan qaldırır: Zəngəzurda həmişəlik, Laçında isə 2025-ci ilə qədər nəzarət Rusiyada qalır.

Razılaşmada NBM haqqında heçnə deyilmədiyindən bu variant “ciddi şəkildə yerinə yetirilmə”ni təmin edir. NBM-in ZD-da qurulması isə razılaşmadakı “maneəsiz hərəkət” ifadəsinə zəruri izah verir. “Ciddi şəkildə yerinə yetirməyə” bir daha salamlar...

• 4 və 8-ci bəndlər üzrə “ciddi şəkildə yerinə yetirməsi” erməni silahlı qüvvələrinin Qarabağ və cəza çəkmə müəssisələrindən tamamilə çıxarılması ilə əldə edilə bilər. Bu həm də 1-ci bəndlə bağlı narazılığı aradan qaldırır: erməni silahlıları yoxdursa, Azərbaycan SQ-nə “mövqeləri dəqiqləşdirmək” lazım olmur.
• 7-ci bənd digər maddələrin icrasından asılı olub, müzakirə üçün açıqdır. Göründüyü kimi, Rusiya vasitəçiliyi hələ də effektiv mexanizm kimi qalma potensialına malikdir. Yeganə lazım olan – iradə və Rusiyanın eksklüzivliyinin məhdudlaşdırılmasıdır. Əks təqdirdə, vaxt ötdükcə razılaşmanın mətni üzrə ziddiyyətli məqamlar daha da artacaq və zərurət səbəbindən tərəflər birtərəfli addımlara üstünlük verəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin