"Xocalı şəhərində törədilmiş qanlı qətliam uzun müddət ərzində Azərbaycan xalqına qarşı aparılan irqi ayrıseçkilik, etnik təmizləmə siyasətinin tərkib hissəsi olub".
Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
"Xocalı qətliamı etnik təmizləmə siyasətinin tərkib hissəsi olub" - XİN rəhbəri
O bildirib ki, Xocalı qətliamı baş verməmişdən əvvəl digər yaşayış məntəqələrimiz dağıdılmış, insanlar öldürülmüş, etnik təmizləmə həyata keçirilmişdi:
"1991-ci ilin oktyabrından etibarən Xocalı demək olar mühasirədə idi. Nəhayət həmin gecə erməni silahlı qüvvələri 366-cı motoatıcı alayının dəstəyi ilə bu qətliamı törətdi. Onu da qeyd etmək lazımdır ki, o diviziyanın tərkibi əsasən ermənilərdən ibarət idi. Bütün dünya artıq dəhşətli statistikadan xəbərdardır".
Səkinə Yusibli, Bizim.Media