Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 7 nəqliyyat vasitəsi yenidən Laçın yolundan keçib.
Bizim.Media xəbər verir ki, BQXK-ya məxsus 5 minik avtomobili və 2 yük avtomobilinin maneəsiz keçidi üçün şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.
Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 77 gündür davam edir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:12 / 26.02.2023
BQXK-nin 7 avtomobili Laçın yolundan keçdi
Hazırda oxunan: BQXK-nin 7 avtomobili Laçın yolundan keçdi
Hazırda oxunan: BQXK-nin 7 avtomobili Laçın yolundan keçdi
122616
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.