“Vardanyanın istefası “Arsax”ın sonunun başlanğıcıdır”.
Bunu erməni politoloq Ara Poqosyan yerli mətbuata açıqlamasında deyib. O bildirib ki, Vardanyanın “istefa”sı ilə Azərbaycan “Qarabağ reinteqrasiya proqramının başlaması”nı qaçılmaz olaraq elan edəcək:
“Azərbaycanın növbəti addımı nəzarət məntəqələrinin quraşdırılması olacaqdır. Nəzərə alaq ki, “Arsax prezidenti” nın səlahiyyətlərinin müddəti başa çatır. Azərbaycan hakimiyyəti seçkilərin təşkilini qadağan edəcək və namizədin özləri tərəfindən təsdiqlənməsini tələb edəcəklər. Bir kompromis olaraq, Qarabağ xalqının seçimini təmin etmək üçün gələcəklər. Amma səlahiyyətlər Bakıdan olan fərmanla təsdiqlənəcək”, – deyə Poqosyan bildirib.
Erməni politoloqun fikirləri Ermənistanda ildırım effekti yaratsa da ciddi iradlarla qarşılanmayıb. Bu da onu göstərir ki, ermənilər artıq bəzi reallıqları qəbullanırlar. Həmin reallıqlardan birincisi də Qarabağın Azərbaycan torpağ olması və bu yerlərin Azərbaycan qanunları ilə idarə edilməsi zərurətidir.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan REAL Partiyasının sədr müavini Natiq Cəfərli bildirib ki, Vardanyan faktiki olaraq İlham Əliyevin qərarı ilə vəzifədən azad olundu:
“Bu həm Qarabağda yaşayan erməni əslilli azərbaycanlılarla icmalararası dialoqun başlanması, həm ekoaksiyanın dayandırılması, həm də Kremlin bölgəmizdə oyunlarının pozulması üçün vacib addımdır. Mənə elə gəlir ki, Qarabağda yaşayan erməni əsilli Azərbaycanlıların ölkəyə inteqrasiyası üçün sosial-iqtisadi və siyasi yönümlü planın açıqlanmasına ehtiyac var. Burda hansısa statustan söhbət getmir. Söhbət yerli özünüidarəetmədən gedir.
Eyni zamanda konstitusion islahatlarla bütün ölkə ərazisində Xankəndində mer seçkilərinin və yerli özünüidarəetmə seçkilərinin keçirilməsi üçün Azərbaycanda yeni qanunvericiliyin yaradılmasına ehtiyac var. Təbii ki, Xankəndində keçiriləcək seçkilər Azərbaycanda keçirilən seçkilərin tərkib hissəsi olmalıdır”.
Nəzərə alaq ki, bu ilin payızında ölkəmizdə yerli özünü idarəetmə orqanlarına seçkilər keçiriləcək.
Üstəlik, Qarabağdakı separatçı qurumun da səlahiyyət müddəti bu il başa çatır. Yeni seçkilərsə ancaq Azərbaycanın iradəsi ilə keçirilə bilər. Bütün bu faktlardansa belə bir nəticə hasil olur ki, bu ilin payızında Azərbaycan Xankəndində yerliözünüidarəetmə-Bələdiyyə seçkiləri keçirə bilər. Bu da o deməkdir ki, payıza qədər Xankəndinin idarəçiliyi rəsmi Bakının nəzarətinə keçə bilər.
Surxay Atakişiev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:00 / 25.02.2023
Xankəndinin idarəçiliyinin Azərbaycanın nəzarətinə keçəcəyi tarix bilindi - DETALLAR
Hazırda oxunan: Xankəndinin idarəçiliyinin Azərbaycanın nəzarətinə keçəcəyi tarix bilindi - DETALLAR
Hazırda oxunan: Xankəndinin idarəçiliyinin Azərbaycanın nəzarətinə keçəcəyi tarix bilindi - DETALLAR
122401
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.