Ceyhun Bayramov Vardanyanın "qovulmasından" DANIŞIB

Hazırda oxunan: Ceyhun Bayramov Vardanyanın "qovulmasından" DANIŞIB

122389

Xarici işlər naziri Ceyhun Bayramov Ruben Vardanyanın “vəzifə”sindən azad olunmasına münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında qeyd edib ki, Azərbaycan II Qarabağ müharibəsindən sonra sülh gündəliyi barədə danışır.

"Dövlətimiz artıq tariximizin qara səhifəsini çevirib, gələcəyə baxışı nümayiş etdirməyə hazır olduğunu bildirib.

Bu kontekstdə Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycan cəmiyyətinə ictimai, siyasi və iqtisadi səviyyədə inteqrasiya işlərinə başlamağa hazır olduğunu və Azərbaycanın suverenliyi ilə bölgənin inkişafı ilə bağlı prezident İlham Əliyevin ilk gündən açıq, məntiqli və davamlı mesajları olub. Düşünürəm ki, hər kəs bunu qəbul edib. Ona görə özünü erməni əhalisinin nümayəndəsi kimi təqdim etməyə çalışan şəxslə bağlı Azərbaycanın mövqeyi ondan ibarət oldu ki, biz əhalinin nümayəndələri ilə danışmağa hazırıq. Ancaq kənardan gəlib özünü salmış və ya saldırmış, kimlərinsə oyununu oynayan Qarabağa heç bir aidiyyəti olmayan şəxs bizim üçün tərəf müqabili ola bilməz. Vardanyanın həmin mövqedə yer alması mümkünsüz idi. Bu bir neçə ay çəkdi. Onun arxasında duranlar da başa düşdü ki, bu layihənin heç bir perspektivi yoxdur", - XİN başçısı deyib. 

Nazir həmçinin əlavə edib ki, ümumiyyətlə reinteqrasiya prosesi ilə bağlı qərarlar müzakirə edilən zaman bunun Azərbaycan Konstitusiyasına və onun tərəf olduğu beynəlxalq müqavilələrə uyğun formatlarda həyata keçiriləcəyi dəfələrlə deyilib:

"Belə olanda həmin ərazidə yaşayan vətəndaşlara şamil olmalıdır. Bilirsiniz ki, Ermənistan uzun müddət qanunsuz məskunlaşma siyasəti həyata keçirib. Hesab edirəm ki, Vardanyanla qanunsuz məskunlaşanlar arasında heç bir fərq yoxdur. Çünki onun Qarabağa aidiyyəti olmayıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin