Ermənistan Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan öz müsahibəsində KTMT ilə bağlı çox həyəcanlı danışıb. O, bildirib ki, bu qurum Ermənistanın sərhədlərini tanımır:
“Söhbət Ermənistanın KTMT-dən çıxıb-çıxmayacağından yox, KTMT-nin Ermənistanı tərk edib-etməməsindən gedir. KTMT Ermənistanın sərhədlərini tanımır, bu, ciddi problemdir, çünki sərhəd yoxdursa, deməli, məsuliyyət sahəsi də yoxdur”.
Bizim.Media-ya açıqlamasında politoloq İlqar Vəlizadənin fikrincə, Qriqoryanın KTMT-ni Ermənistan sərhədlərini tanımamaqda suçlaması sonradan həmin qurumdan ölkəsinin çıxmasına əsas yaratmağa hesablanmış addımdır:
“Məsələ ondadır ki, Ermənistan rəsmilərinin açıqlamalarına ciddi yanaşsaq hansısa bir məntiqi nəticəyə gəlməyəcəyik. Bu mənada Qriqoryanın son açıqlamasında da ciddilik yoxdur. Qriqoryanın KTMT Ermənistanın sərhədlərini tanımır ifadəsinin özü qeyri-ciddi ifadədir.
Belə bəyanatlar daha çox daxili auditoriya yönəlib, nəinki KTMT ölkələrinə. Düzdür, bu açıqlama KTMT-nin özünə də yönəlib. Bununla İrəvan artıq Ermənistanda KTMT-nin öz funksionallığını itirdiyi və bu səbəbdən onun digər təsisatlara üz tutmalı olacağına işarə vurur”.
Bu cür ifadələr ekspertə görə, KTMT ilə İrəvan arasındakı böhranı dərinləşdirir. Eyni zamanda, İ. Vəlizadə düşünür ki, belə açıqlamalar müəyyən dərəcədə Ermənistana əl verir:
“Çünki böhrandan istifadə edərək İrəvan KTMT ilə bağlı növbəti addımlar ata, qurumdan çıxa bilər. Yəni Ermənistan vəziyyəti qəsdən mürəkkəbləşdirir ki, sonradan bundan istifadə edib, növbəti addımlarını atsın. İrəvanın bu özfəaliyyəti Qərbin də maraqlarına cavab verir”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:35 / 24.02.2023
Ermənistan KTMT-dən çıxmağa zəmin hazırlayır - POLİTOLOQ
Hazırda oxunan: Ermənistan KTMT-dən çıxmağa zəmin hazırlayır - POLİTOLOQ
Hazırda oxunan: Ermənistan KTMT-dən çıxmağa zəmin hazırlayır - POLİTOLOQ
122370
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.