"Türkiyəyə qarşı hansısa bir beynəlxalq koalisiya formalaşıb"

Hazırda oxunan: "Türkiyəyə qarşı hansısa bir beynəlxalq koalisiya formalaşıb"

122208
Türkiyənin paytaxtı Ankarada fevralın 17-də Türkiyə Silahlı Qüvvələrinin hərbçilərini daşıyan avtobus və avtomobillərə bombalı hücumda 28 nəfərin həlak olması və 65 nəfərin yaralanması ilə nəticələnən terror aktı baş verib. Bunun ardınca türk hərbçilərinə daha bir hücum olub. Türkiyənin Diyarbəkir vilayəti ərazisində baş verən partlayış nəticəsində 6 hərbi qulluqçu şəhid olub. Türkiyə mətbuatının yazdığına görə, hadisə səhər saatlarında baş verib. Hərbçiləri daşıyan zirehli mikroavtobus Diyarbəkir-Lice yolunda hərəkət edərkən terrorçular tərəfindən uzaqdan idarə olunan bomba partladılıb. İlkin məlumatlarda xa06, bəzi xa0mənbələr isə 10-dək hərbçinin həlak oluduğu 1-nin yaralandığı bildirilir.xa0

Ekspertlər hesab edirlər ki, son hadisələr Rusiya ilə Türkiyəni açıq toqquşmaya cəlb etməkdir.

Türkiyədə baş verən qanlı cinayətin arxasında təkcə PKK və ona dəstək olan Suriya kürdləri, onları himayədarları deyil, eyni zamanda Türkiyədə daxili siyasi qruplar da var.

Bunu Moderator.az -a açıqlamasında Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə deyib.

Onun fikrincə, Türkiyədə xa0və onun hüdudlarından uzaqlarda Türkiyə qarşı ünvanlanmış teraktlar hesablanmış və mütəşəkkil qaydada həyata keçirilən planlı bir cinayətdi. “Bu cinayətin arxasında təkcə PKK və ona dəstək olan Suriya kürdləri, onların himayədarları deyil, eyni zamanda Türkiyənin xa0daxilində də siyasi qruplar var. Ankarada belə həyasız partlayışı özü də hərbi hissənin önündə, paytaxtda misilsiz təhlükəsizlik tədbirləri fonunda daxili dəstək olmadan keçirtmək demək olar ki, qeyri-mümkündür. Bu daxili qruplara dəstək xaricdən də gələ bilər. O ki qaldı kürdlərin özlərinə, heç kəsə sirr deyil ki, bu işlərdə əli olan Suriya kürdlərə dəstək Amerikadan tutmuş Rusiyayadək bir çox ölkələrdən gəlir”x9d, - deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, xa0məhz bu dəstəyin nəticəsdir ki, cinayətkar qruplar o qədər özlərinə arxayındılar ki, hətta Ankarada belə terakların keçirilməsindən çəkinmirlər.

İ. Vəlizadə onu da əlavə edib ki, PKK-nın ikinci siması olan Məsud Karayılmazı bəyanatındakı kimi, bu terakt bu terrorçu təşkilatın planları ilə bağlı ola bilər. “Yəni PKK terror hadisəslərini Türkiyənin mərkəzi şəhərlərində törətməklə rəsmi Ankaranı Suriyadakı terrorçuların bazalarına və mövqelərinə ehtimal olan quru əməliyyatını əngəlləmək istəyir”x9d, - o qeyd edib.

“Atlas”x9d Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, yaranmış durum Türkiyənin Suriyaya hərb müdaxiləsini sürətləndirə bilər: “Burada iki variant var. Birincisi, Türkiyənın quru qoşunları Suriyaya ordu yeridir və orada təhlükəsizlik bir bölgə yaradır. İkinci variant isə ondan ibarətdir ki, Türkiyə Suriyaya daxil olmadan terrorçuların mövqelərinə bombardmanları intensivləşdirir. Düzdür burada birinci variant kifayət qədər risklidir. Türkiyənin Suriya daxilinə ordu yeritməsi Rusiya ilə açıq qarşıdurmanı reallaşdıra bilər. Digər bir məqam isə Türkiyə təkbaşına Suriyada nizamı yarada bilməz. Ona görə daha çox ikinci varianta üstünlük veriləcək. Türkiyə çalışacaq ki, sərhəddinə yaxın şəhərlərdə terrorçuların mövqelərini möhkəmləndirilməsinə imkan verməyəcək. Bu məqsədlə də həmin ərazilərə hava bombardmanlarını intensivləşdirəcək.”x9d

Politoloq hesab edir ki, PKK, PYD, YPG və İŞİD-in son dövrlərdə Türkiyədə terror hadisələrini aktivləşdirməklə məqsədi Ankaranın Moskva ilə üz-üzə qoymasına nail olmaqdır.”x9dYəni Rusiya ilə Türkiyə xa0arasındakı toqquşma daha da kəskinləşsin və nəticədə açıq hərbi toqquşma yaransın. Ona görə də bu terrorçular Türkiyəni hər vasitə ilə Suriya bataqlığına salmağa çalışırlar”x9d, -o qeyd edib.

Politoloq əlavə edib ki, terrorçular bu məsələdə tək deyil və onlara dəstək verən və silahlandıran qüvvələr də var: “Unikal vəziyyət ondan ibarətdir ki, Suriyadakı bu terrorçu qüvvələr bir-birinə zidd olan 3 qüvvə tərəfindən silahlandırılır və dəstək verilir. Bunlar ABŞ, Rusiya və Əsəd rejimidir. Baxmayaraq ki, ABŞ nə Əsəd rejimini qəbul edir, digər tərəfdən Rusiyanın Suriyadakı varlığını qəbul etmir, ancaq bununla belə bu terrorçu təşkilatları silahlandırır. Bu onu göstərir ki, Türkiyə bu meydanda təkdir. Sanki Türkiyəyə qarşı hansısa razılaşdırılmamış bir beynəlxalq koalisiya formalaşıb. Heç bir NATO ölkəsi nə bu PKK-nı, nə PYD/YPG-ni terrorçu təşkilat kimi tanıyır, nə də xa0terrorizmə qarşı mübarizədə Türkiyyə dəstək verir. Bu isə onu göstəriri ki, vəziyyət daha da mürəkkəbləşə bilər və regionda daha mürəkkəb situasiya yarana bilər. Odur ki, hadisələrin gələcək inkişafı barədə indidən nəsə demək hələ çətindir”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin