“Oraq və çəkicin sökülməsinin tərəfdarı deyiləm” – Deputatdan sovet simvollarına MÜNASİBƏT

Hazırda oxunan: “Oraq və çəkicin sökülməsinin tərəfdarı deyiləm” – Deputatdan sovet simvollarına MÜNASİBƏT

122171

“Elə simvol və ya abidələr var ki, onun qalmasının heç bir problemi yoxdur. Onların qalması ölkəmizi sovet dövrünə qaytarmır ki”.

Milli Məclisin deputatı Fazil Mustafa Bizim.Media-ya İstiqlal Muzeyi və bir sıra digər məkanlarda sovet simvollarının qalmasına münasibət bildirərkən belə deyib.

Deputatın fikrincə İstiqlal Muzeyinin girişində qoyulan oraq və çəkic simvolu sovetdən qalma gözəl naxışdır:

“İndi ona görə bu bunanı söksünlər? Tarixlə savaşılmır. Yeni arxitekturada sovet dövrülə bağlı nəsə nəzərdə tutulsa, onu sökmək olar. Amma bunu köhnə arxitekturaya şamil etmək olmaz. Tariximizdə sovet dövrü də olub.
Bu mənada İstiqlal Muzeyi və digər yerlərdə sovet dövründən qalma simvolların olmasının istiqlaliyyətimizə maneə olan hər hansı bir tərəfi yoxdur. Bu məsələni çox da qabartmaq lazım deyil. Sovetdən qalma adı ilə həmin simvolları yox etməklə məsələ həll olunmur.

Müstəqilliyi insanlar daha çox ruhən içlərində yaşatmalıdır. Ona görə də simvolikalar, hansısa bir arxitektura abidəsi, sənət əsərinin iz itsin deyə yerindən götürülməsinin tərəfdarı deyiləm”.
Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin də fikrini öyrənmək üçün qurumla əlaqə saxlamağa cəhd etsək də, qarşı tərəfdən dəfələrlə etdiyimiz zənglərə cavab verən olmadı.


Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin