Əfv Məsələləri Komissiyasının iclası KEÇİRİLİR

Hazırda oxunan: Əfv Məsələləri Komissiyasının iclası KEÇİRİLİR

122163

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası başlayıb.

Bizim.Media xəbər verir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılır.

Bu günə qədər iclaslarda baxılan müraciətlərin sayı 600-ü ötüb.

Azərbaycanda ötən il imzalanan sonuncu əfv sərəncamına əsasən, ümumilikdə 213 nəfər əfv edilib.

Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin