“Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsi qarşısında irəli sürdüyü digər məsələ isə bütün şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin tam dayanıqlı və azad şəkildə Laçın yolundan keçməsi ilə bağlı Azərbaycana öhdəliyin müəyyən edilməsinə dair olub. Bununla bağlı da mövqeyimiz bildirilib”.
Bizim.Media xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı keçirilən brifinqdə deyib.
“Qeyd olunub ki, üçtərəfli bəyanata əsasən, Laçın yolunda nəzarət Rusiya sülhməramlılarına aiddir və Azərbaycanın öhdəliyi humanitar məqsədlə keçidlərin təhlükəsizliyinin təmin edilməsidir.
Azərbaycanın bu günə qədər olduğu kimi, bundan sonra da öz öhdəliklərinə sadiq olduğu məhkəmə dinləmələrində səsləndirilib.
Zəmanət verilib ki, məhz humanitar məqsədlər üçün hərəkətlərin təhlükəsizliyi təmin ediləcək. Məhkəmə qərarını açıqlayanda Azərbaycanın öhdəliyinə sadiq olduğunu vurğulayıb”, - nazir müavini vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:24 / 23.02.2023
Beynəlxalq Ədalət Məhkəməsi qərarında Azərbaycanın öhdəliyinə sadiq olduğunu vurğulayıb – XİN
Hazırda oxunan: Beynəlxalq Ədalət Məhkəməsi qərarında Azərbaycanın öhdəliyinə sadiq olduğunu vurğulayıb – XİN
Hazırda oxunan: Beynəlxalq Ədalət Məhkəməsi qərarında Azərbaycanın öhdəliyinə sadiq olduğunu vurğulayıb – XİN
122101
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.