Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın 74-cü günündə də ekofəallar ərazidən humanitar məqsədlər üçün istifadəyə şərait yaradırlar.
Bizim.Media xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 6 avtomobil aksiyanın təşkil olunduğu ərazidən sərbəst keçib.
Təşkilata məxsus avtomobillərdə erməni əsilli şəxslər də olub.
Aksiya ərazisindən maneəsiz keçid bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır.
Dünən gün boyu Rusiya sülhməramlılarının 86 avtomobilinin aksiyanın təşkil olunduğu ərazidən hər iki istiqamətdə keçidi təmin olunub. Laçın-Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və mülki şəxslər üçün açıqdır.
Qeyd edək ki, Azərbaycanlı ekofalların dinc məqsədlə təşkil etdikləri bu aksiya Qarabağda ekoloji istismara qarşı ötən ilin dekabrın 12-dən başlayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:24 / 23.02.2023
BQXK-nin 6 avtomobili Laçın-Xankəndi yolundan keçdi
Hazırda oxunan: BQXK-nin 6 avtomobili Laçın-Xankəndi yolundan keçdi
Hazırda oxunan: BQXK-nin 6 avtomobili Laçın-Xankəndi yolundan keçdi
122047
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.