Azərbaycan XİN: “Türkiyənin bu mövqeyi Azərbaycan tərəfindən çox yüksək qiymətləndirilir”x9d;xa0
Ankaranın ərazilərimizin işğalı ilə bağlı ortaya qoyduğu mövqe nə vəd edir?xa0
Hərbi və siyasi ekspertlərin şərhi...xa0
Türkiyə prezidentinin Azərbaycan səfəri ərəfəsində qardaş ölkənin baş naziri Əhməd Davudoğlunun Qarabağ münaqişəsindən də bəhs edən mesajları siyasi kuluarlarda ciddi müzakirə olunmaqdadır. Moskva-Ankara münasibətlərindəki gərginliyin Azərbaycana və üstəlik, Qarabağ münaqişəsinin həllinə də təsirinin olacağını qaçılmaz sayan siyasi analitiklər cənab Davudoğlunun Kiyevdən verdiyi açıqlamaları Ermənistan-Azərbaycan konfliktinin yeni müstəviyə çıxa biləcəyinin anonsu da sayırlar.xa0
Baş nazirin “Ermənistan Azərbaycan torpaqlarını Rusiyanın dəstəyi ilə işğal edib”x9d bəyanatına fərqli yanaşmalar var. Bəzi ekspertlər Azərbaycan ərazilərinin işğalının arxasında Rusiya faktorunun dayanması barədə ciddi mövqelərini səslənməsini Azərbaycanın aktivinə yazmağın tərəfdarıdırlar. Hesab olunur ki, Gürcüstan, Moldova və Krımdakı separatçıların arxasında Kremlin dayandığına şübhə etməyən beynəlxalq aləmin, nəhayət, Dağlıq Qarabağ münaqişəsini “fərqli konflikt”x9d kimi təqdim etməsinə son qoyula bilər. Bu, həm də Azərbaycanın zəif Ermənistanla deyil, imperiya varisi Rusiya ilə üz-üzə qaldığı barədə həqiqətin təsdiqlənməsinə, son nəticədə dəstəklənməsinə aparıb çıxara biləcək faktordur.xa0
Qeyd edək ki, ötən il Azərbaycan prezidenti ilə görüşü zamanı Almaniyanın baş kansleri A.Merkel də Qarabağ cəbhəsində baş verənlərə görə Rusiyanı günahlandırmış, onun Ermənistanı himayə etdiyini vurğulamışdı. Bu mənada Davudoğlunun bəyanatı önəmli sayılır. Hesab olunur ki, Azərbaycan rəsmilərinin mövcud vəziyyəti nəzərə alıb açıq şəkildə bəyan edə bilmədiyi həqiqəti Türkiyənin hökumət başçısının dilə gətirməsi təqdir olunmalıdır.xa0
Başqa yanaşmalar da var. Bəzi müşahidəçilər bu kimi mövqelərin sonucunda Türkiyənin Azərbaycana birbaşa hərbi yardımı məsələsini gündəmə gətirəcəyini zənn edirlər. Güman olunur ki, Ankara NATO-nun razılığını alaraq Azərbaycan ərazilərinin terrordan təmizlənməsi prosesində Bakıya dəstək verə bilər. Bəs Qarabağla bağlı Rusiyanın adının açıq şəkildə hallandırılması nə vəd edir? Bu, Rusiyanı qıcıqlandıra və savaşı alovlandıra, Ermənistanı açıq şəkildə müdafiə etməsinə gətirə bilər, yoxsa Türkiyə və NATO-nun Qarabağ məsələsində Rusiya və onun himayə etdiyi işğalçıya qarşı dayanmasına səbəb ola bilər?xa0
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”x9da dedi ki, Əhməd Davudoğlunun belə bir bəyanatı Rusiya-Türkiyə gərginliyinin öz pik həddinə çatdığı bir zamanda gözlənilən idi: “Eyni zamanda onun bu bəyanatını məhz Ukraynada verməsinin səbəbi bütün regional müharibə ocaqlarının, o cümlədən Dağlıq Qarabağ, Donbas, Krım və digərlərinin də məhz Rusiyanın birbaşa iştirakı ilə yarandığını göstərmək idi.xa0
Təbii ki, Krım türkləri faktoru da Ukrayna üçün önəmli olduğundan Davudoğlu bir daha bu bəyanatı verdi və məhz bu və ya digər faktlara görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların mənasını izah etməyə çalışdı. Bu bəyanatdan sonra Rusiya təbii ki, cavab reaksiyasında Türkiyə ilə bağlı bir sıra məsələləri, o cümlədən kürd və türkmənlərlə bağlı problemləri qabartmağa başladı.
Ermənistana gəldikdə isə Davudoğlunun bəyanatından asılı olmayaraq, bu ölkənin Rusiyanın forpostu olduğu məlumdur. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Rusiyanın addımı kifayət edə, yəni Azərbaycan-Ermənistan qarşıdurmasında Moskva neytral mövqe tutarsa, problem öz həllini tapa bilər”x9d.xa0
A.Nağıyev düşünmür ki, NATO bu bəyanatdan sonra öz mövqeyini dəyişəcək: “Çünki NATO-nun başlıca istəyindən biri elə Rusiyanı müharibəyə sövq etməklə iqtisadi cəhətdən daha da tənəzzülə uğratmaqdır. NATO-nun Dağlıq Qarabağ münaqişənin həllinə münasibəti isə sülhün qorunması kontekstindən verilir.xa0
Bu gün münaqişənin həllinin həvalə edildiyi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ikisi NATO dövlətlərini təmsil edir. Almaniya ATƏT-ə rəhbərlik edir və Rusiya ilə bağlı bəyanatlar da yayır. Lakin Osetiya, Abxaziya, əsasən də Krım məsələlərində daha müvafiq qərarlar qəbul edir. Təbii ki, Dağlıq Qarabağla bağlı Rusiyanın mövqeyi dolayı şəkildə göstərilsə də, konkret addımlar atılmır. Çünki Krim zəbt edilib və Rusiyanın tərkibinə qatılıb, Osetiya və Abxaziya isə Rusiya tərəfindən dövlət kimi tanınıb”x9d.xa0
Politoloq hesab edir ki, Rusiya Dağlıq Qarabağla bağlı bu addımı ata bilməz: “Çünki heç Ermənistan da bu addımı ata bilmir. Bu, artıq istər BMT-nin, istərsə də beynəlxalq hüquq normalarının bütün prinsiplərinə ziddir. Ümumiyyətlə, Dağlıq Qarabağla bağlı Rusiyanın adının bu formada çəkilməsi düşünürəm ki, təqdirəlayiq haldır”x9d.
Hərbi ekspert Üzeyir Cəfərov isə bildirdi ki, Davudoğlunun Kiyevdə verdiyi mühüm mesajlar hələ çox müzakirə mövzusu olacaq: “Xüsusən də Davudoğlunun Rusiyanın baş naziri Medvedyevin Münhendə başa çatan Təhlükəsizlik Konfransında iki gün öncə ”x9dKrım Rusiyanın ayrılmaz hissəsidir və bu mövzu birdəfəlik bağlanıb" fikirlərindən sonra açıq şəkildə bunun tam əksi və tam həqiqəti əks etdirən “Krım Ukraynanın ayrılmaz tərkib hissəsidir”x9d bəyanatını səsləndirməsini düşünürəm ki, ruslar asanlıqla həzm etməyəcəklər. Hələ üstəlik, Davudoğlunun Rusiyanı beynəlxalq hüquq normalarını pozmaqda günahlandırması çox ciddi vəziyyətdən xəbər verir. Hörmətli Əhməd bəyin Rusiyanı həqiqətən də 3 ölkədə - Ukrayna, Gürcüstan və Suriyada işğalçı durumda göstərməsi də hesab edirəm ki, tam ədalətli və haqlı mövqedir. Üstəlik Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin Rusiyanın dəstəyi ilə baş verməsi bəyanatı da düşünmürəm ki, bir yenilikdir. Sadəcə, bu, Davudoğlu ranqında diplomat və aparıcı dövlətin siyasət xadimi tərəfindən açıq şəkildə dilə gətirildiyinə görə bir qədər güclü təsir bağışlayır. Zatən, bütün ağıllı diplomatlar və sadə insanlar da bilirlər ki, Rusiya son illərdə çox qeyri-səmimi siyasət yürüdür və get-gedə həm nüfuzunu, həm də bir nüvə dövləti olaraq siyasi çəkisini itirməkdə davam edir".xa0
Ü.Cəfərovun fikrincə, bundan sonra ruslar çalışacaqlar ki, hansısa yollarla türklərdən, onların tərəfdarlarından qisas alsınlar: “Bu, həm Türkiyə-Suriya sərhədində, həm də sözsüz ki, Qarabağ və Ermənistan-Azərbaycan dövlət sərhədində xa0silahlı toqquşmalar formasında baş verə bilər. Son günlər Davudoğlunun bəyanatı, ardınca NATO-nun rəsmisi Ceyms Appaturayın Bakıda önəmli görüşləri və açıqlamaları Rusiyanın yuxusunu ərşə çəkəcək. Artıq Rusiya da başa düşür ki, Şimali Alyansın aparıcı dövləti olan Türkiyə rusların Qarabağla bağlı mövqeyini açıq şəkildə tənqid edirsə və işğalçının yanında Putin və komandasının olmasını qeyd edirsə, deməli, bu, tək bir ölkənin yox, çoxsaylı dövlətlərin bir növ mövqeyi və dəstəyidir. Bu, Azərbaycan üçün ən yaralı yerimiz olan Qarabağ məsələsinin nəhayət ki, həll olunması məsələsində bir növ dəstək kimi də anlaşıla bilər. Sadəcə, biz bu arada çalışmalıyıq bir qədər səliqəli və səhv olmayan siyasət yürüdək. Çünki bizim ən xırda bir ehtiyatsız sözümüz belə müttəfiqlərimizi və dostlarımızı küsdürə bilər. Mənim nə demək istədiyimi siyasətlə yaxından məşğul olan və bu işləri incələyənlər yaxşı anlayırlar”x9d.
Artıq rəsmi Bakı da Davudoğlunun bəyanatına reaksiya verib. XİN-in mətbuat katibi Hikmət Hacıyev bunları bildirdi: “Qardaş Türkiyənin beynəlxalq hüququn norma və prinsipləri və BMT Nizamnaməsinə uyğun olaraq Ermənistan - Azərbaycan münaqişəsi ilə əlaqədar ədalətli mövqeyi var. Türkiyənin bu mövqeyi Azərbaycan tərəfindən çox yüksək qiymətləndirilir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qətnamələrində də tələb olunduğu kimi, Türkiyənin mövqeyi də Ermənistanın işğalçı qoşunlarının bütün işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması, həmçinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin qəti şəkildə dəstəklənməsinə əsaslanır”x9d.
XİN rəsmisi Azərbaycanın haqlı mövqeyinin davamlı şəkildə müdafiə olunmasını və beynəlxalq tribunalardan dəstəklənməsini yüksək qiymətləndirdi: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin mövqeyindən asılı olmayaraq, Azərbaycan dəfələrlə üzv olduğu bütün beynəlxalq təşkilatlarda və digər platformalarda Ermənistanın ölkəmizə qarşı təcavüzü barədə məsələni qaldırıb və bu işi davam etdirəcək”x9d. xa0xa0
Diplomatdan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə növbəti görüşün nə zaman olacağını soruşduqda, bildirdi ki, bu barədə məlumatlı deyil: “Sonuncu mətbuat konfransında xarici işlər naziri Elmar Məmmədyarov bildirdi ki, hazırda Azərbaycan xa0ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşməyi planlaşdırmır”x9d. Amerikalı həmsədr Uorlikin “Azərbaycan əraziləri azad olunmalıdır”x9d məzmunlu son açıqlamasına gəldikdə, H.Hacıyev qeyd etdi ki, burada yeni bir şey yoxdur: “Əslində yenilənmiş Madrid prinsiplərində birinci bənddir və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri həmin bəndi yekdilliklə qəbul edib sənəd kimi ATƏT-in baş katibinə təqdim ediblər. Həmin bənd məhz Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasından ibarətdir. Təəssüflər ki, biz yenilənmiş Madrid prinsiplərinin həyata keçirilməsi istiqamətində təsirli addımları görmürük. Əslində bu prinsiplər münaqişənin həlli ilə əlaqədar yol xəritəsi rolunu oynaya bilər”x9d.xa0
XİN təmsilçisi hazırda rəsmi Bakının mövqeyinin nədən ibarət olduğunu da açıqladı: “Azərbaycanın mövqeyi hazırda ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupuna daxil olan bütün dövlətlərin iştirakı ilə geniş formatda bir konfransın keçirilməsi məsələsinə baxılsın və ümumiyyətlə, Minsk Qrupunda iştirak edən 11 dövlətin hamısı bu prosesdə fəal olsun və münaqişənin həllinə öz töhfələrini versinlər. Azərbaycan bu mövqeyində israrlıdır”x9d. xa0
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə Rusiya-Türkiyə münasibətləri tarixində gözlənilməzliklər çoxluğuna diqqət çəkərək Bakını ehtiyatlı olmağa çağırıb: “Azərbaycan bu nüansı həmişə diqqətdə saxlamalıdır və tələsik addımlar atmamalıdır. Nə bilmək olar, bəlkə yenə də Ankara Moskvanın dəstəyindən istifadə edəcək. Bəlkə Ankara hələ Atatürk zamanından mübahisəli qalmış Hələb və ya Mosul şəhərlərinə yenidən qayıtmağın yolunu məhz Rusiyanın yardımı ilə tapacaq. Hər halda, Rusiya-Azərbaycan, yaxud Türkiyə Azərbaycan münasibətləri bu cür gözlənilməzliklərdən zərər görməməlidir”x9d.
Səfir Qarabağ məsələsinə toxunmayıb, ancaq ən uzağı Rusiyanın ənənəvi münasibətini ifadə edib Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını deyə bilərdi. Ancaq fakt faktlığında qalır və əksəriyyət buna əmindir ki, Rusiyanın tək barmağının işarəsi Ermənistanın işğalçılıq siyasətinə son verməsi üçün yetərlidir. Lakin status-kvonun qalmasında maraqlı olan Moskva hələ ki forpostuna nəinki Qarabağdan rədd olmaq göstərişini vermir, hətta onun silah arsenalının gücləndirilməsi istiqamətində addımlar atır. Şübhə yox ki, fevralın 18-də Bakıda keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında Qarabağın işğalının davamı da müzakirə mövzusu olacaq və iki qardaş ölkənin prezidentləri vahid mövqedən çıxış edəcəklər. Hər halda, cənab Davudoğlu Kiyev bəyanatında prezident Ərdoğanın da iradəsini ifadə edib... (musavat/com)































































































