“Ermənistanın gündəmini Azərbaycan Prezidentinin çıxışları müəyyən edir” - POLİTOLOQ

Hazırda oxunan: “Ermənistanın gündəmini Azərbaycan Prezidentinin çıxışları müəyyən edir” - POLİTOLOQ

121761

“Sülh müqaviləsini niyə dərc etmirlər? Ona ehtiyac olub-olmadığına xalq qərar versin. Qarabağ xalqı üçün bu razılaşma ilə təminat var, ya yox, bilək. Müzakirə olunan müqavilə dərc edilsin, sülhə ehtiyac olub-olmamasına xalq qərar verəcək”.

Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri müxalifət lideri Artur Vanetsyan səsləndirib.

Bəs, müxalifətçi liderin bu canfəşanlığı nəylə bağlıdır?

Sualın cavabı üçün Millət vəkili, politoloq Elşad Mirbəşiroğlu ilə əlaqə saxladıq.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, Cənab İlham Əliyevin Münxendə keçirilən Təhlükəsizlik Konfransındakı qətiyyətli və inamlı çıxışı yenidən Erməmistanda təşviş yaradıb:

“Ermənistanın siyasi gündəmini Azərbayca Prezidentinin çıxışları müəyyən edir.  Vanetsyanın həyacanlı və sual dolu çıxışı da bunun təsdiqidir. Bu bəyanatı ilk baxışdan Sülh sazişi layihəsinə ictimai maraq kimi görsənsə də əslində bu sülh danışıqlarına növbəti əngəl planıdır.
Yəni sabah sülh sazişi reallaşacağı təqdirdə hansısa qüvvələr çıxıb deyəcək ki, xalqın bu sənəddən xəbəri yoxdur. Və sülh prosesinə əngəl olmaq üçün müxtəlif bəhanələr uydurcaqlar”.

Politoloq onu da qeyd etdi ki, Ermənistan iqtidarının da, müxalifətinin də davranışında revansşit çalarlar var:

“Bu da onu göstərir ki, Ermənistan dövləti də, erməni cəmiyyəti də sülhə hazır deyil. Ona görə də Azərbaycan dövlətinin bu sahədə seçdiyi strategiya çox doğrudur. Azərbaycan özünün suveren hüquqları istiqamətində qətiyyətli addımlar atır. Bunun üçün Beynəlxalq sferada mövqelərimizi davamlı olaraq gücləndiririk.

Ən əsası, milli və dövləti maraqlarımızı Beynəlxalq platformalarda çox uğurlu şəkildə müdafiə edirik. Məsələn, Münhendə keçirilən Təlükəsizlik konfransında cənab Prezident Azərbaycanın Qarabağla və Ermənistanla bağlı mövqeyini qəti şəkildə bildirdi.
Bütün dünyaya göstərdi ki, Azərbaycan öz haqlı mövqeyində israrlıdır. Və Cənubi Qafqazda davamlı sülh yalnız Azərbaycanın irəli sürdüy şərtlər əsasında mümkündür”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin