İlham Əliyev Münxendə Ermənistanın xeyrinə nə təklif edib? – DETALLAR

Hazırda oxunan: İlham Əliyev Münxendə Ermənistanın xeyrinə nə təklif edib? – DETALLAR

121541

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə televiziya kanallarına müsahibəsində maraqlı fikirlər səsləndirib. Həmin fikirlərdən biri də Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaradılmasıdır. 

Dövlətimizin başçısının bu çağırışı beynəlxalq aləmdə maraqla qarşılanıb. Çünki, bu təklifin reallaşması Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə ən yaxşı təminat ola bilər.

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında F. Şəfiyev bildirdi ki, gec-tez Azərbaycanın bütün sərhədləri boyu suveren hüquqları bərpa olunmalıdır:

“Bu məsələ Azərbaycan cəmiyyətində və rəsmi dairələrdə hər zaman ən çox müzakirə edilən mövzulardan biri olub. Azərbaycan Prezidentinin Münhendəki bəyanatı əslində bu günə kimi səsləndirilən fikirlərin rəsmi təsdiqi idi. Laçın Azərbaycanın suveren ərazisidir. Biz bu ərazini müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətinə vermişik. Amma hazırkı status-kvo uzun müddət davam edə bilməz. Azərbaycan Prezidenti də əslində bu faktı xatırlatdı”.

REAL Partiyasının sədr müavini Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında məsələyə münasibətini belə bildirdi:

“Azərbaycanla Ermənistan arasındakı danışıqlarda əsas məsələlərdən biri iki ölkə arasındakı kommunikasiya xəttlərinin açılmasıdır. Azərbaycan da haqlı olaraq həm Laçın dəhlizində, həm də açılacaq Zəngəzur dəhlizində gömrük-keçid məntəqələrinin yaradılmasında maraqlıdır. Faktiki olaraq indiki konfiqurasiyada həm Xankəndinə gedən, həm də Ermənistandan keçəcək Zəngəzur yoluna nəzarət Rusiyaya məxsusdur. Bu da hər iki ölkənin öz ərazisində suveren davranışlarına maneçilik yaradır. Ona görə də Azərbaycan Prezidentinin bu təklifi hər iki ölkənin maraqlarını ifadə edir. Bu həm də Rusiyanın bölgədə təsir imkanlarını aşağı salacaq bir mexanizmdir. Bu hər iki ölkə üçün ən optimal variantdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin