Ermənistanda 11 min fərari var idi - İlham Əliyev

Hazırda oxunan: Ermənistanda 11 min fərari var idi - İlham Əliyev

121303

Biz öz ərazimizdə döyüşürdük. Biz azadlıq uğrunda müharibə edirdik. Ona görə də bu, ədalətli müharibə idi.

Bizim.Media  xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışı zamanı söyləyib.

Dövlətimizin başçısı qeyd edib: “Biz işğalçı müharibə aparmırdıq. Bu səbəbdən Ordumuzda döyüş meydanını tərk edən bir nəfər də yox idi. Şəhərlərimizin və kəndlərimizin “İsgəndər” raketləri ilə atəşə tutulduğu 44 gün ərzində heç kim döyüş meydanını tərk etmədi. Ermənistanda isə 11 min fərari var idi. Niyə? Ona görə yox ki, onlar döyüş meydanında məğlub olurdular, çünki onlar işğalçı müharibə aparırdılar. Onların motivasiyası yox idi”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin