Prezident: "Zəngəzur dəhlizinin hər iki başında nəzarət-buraxılış məntəqələri yaradılmalıdır” - VİDEO

Hazırda oxunan: Prezident: "Zəngəzur dəhlizinin hər iki başında nəzarət-buraxılış məntəqələri yaradılmalıdır” - VİDEO

121265

“Yəqin ki, nəzarət-buraxılış məntəqələrini ikitərəfli qaydada Ermənistan-Azərbaycan sərhədində yaratmaq təklifini müzakirə etmək üçün onlara bir qədər vaxt lazımdır”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxendə televiziya kanallarına müsahibəsində bildirib.

“Amma ilkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da əlbəttə ki, önəmli amildir.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində plenar iclasda iştirak edir - CANLI 


Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil.

Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır”, - deyə ölkəmizin başçısı qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin