“Avropa İttifaqı da bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər. Bu gün də bunu çatdırmağa çalışdım”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 18-də Münxendə televiziya kanallarına müsahibəsində söyləyib.
“Eyni zamanda, bildirdim ki, yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişdik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi”, - deyə ölkəmizin başçısı qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:33 / 18.02.2023
Nəzarət-buraxılış məntəqələrini ikitərəfli qaydada yaratmaq təklifinə Ermənistan mövqe bildirməyib
Hazırda oxunan: Nəzarət-buraxılış məntəqələrini ikitərəfli qaydada yaratmaq təklifinə Ermənistan mövqe bildirməyib
Hazırda oxunan: Nəzarət-buraxılış məntəqələrini ikitərəfli qaydada yaratmaq təklifinə Ermənistan mövqe bildirməyib
121260
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.